Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Güzəştlər

500 baldan yuxarı toplayan tələbələr 100%, 450-499 bal toplayan tələbələr 75%, 400-449 bal toplayan tələbələr 25% güzəştə düşürlər

DAHA ƏTRAFLI

“Naxçıvan” Universitetində treninq təşkil edilib

 “Naxçıvan” Universiteti ilə Bakı Alman dili tədris mərkəzi və Höte institutunun birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında alman dilini tədris edən müəllimlər üçün treyninq təşkil edilib. 

Treninqin təşkil edilməsində məqsəd alman dilinin tədrisində yeni metod və yanaşmalar haqqında praktiki məlumat verməkdən ibarətdir. Qeyd edək ki, treninqdə orta məktəbdə,eləcə də  “Naxçıvan” Universitetində və Naxçıvan Dövlət Universitetində alman dilini tədris edən 20 -ə yaxın müəllim iştirak edib.  


Treninqdə Bakı Alman dili tədris mərkəzinin direktoru Zəhra Alıyeva və Höte institutunun layihə kordinatoru Eike Pockrant və “Naxçıvan” Universitetinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli əməkdaşlarla “Naxçıvan” Universiteti arasında ikili əməkdaşlığın və inkişaf etdirilməsinə dair razılıq əldə etmişlər.
Sonda treyninq iştirakçıları Naxçıvanqalada təşkil edilən Avropa şəhərciyi sərgisində iştirak etmişlər.