Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Güzəştlər

500 baldan yuxarı toplayan tələbələr 100%, 450-499 bal toplayan tələbələr 75%, 400-449 bal toplayan tələbələr 25% güzəştə düşürlər

DAHA ƏTRAFLI

“Naxçıvan” Universitetində tədbir keçirildi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 17 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq Cəlil Məmmədquluzadənin 150 illik yubileyi muxtar respublikamızda geniş şəkildə qeyd  olunur. Bu tədbirlərin davamı olaraq “Naxçıvan” Universitetində “Cəlil Məmmədquluzadə-150” adlı konfrans keçirilmişdir. Universitetin konfrans zalında keçirilən tədbir başlamazdan əvvəl Cəlil Məmmədquluzadə yaradıcılığını əks etdirən slayd nümayiş etdirilmişdir.
Tədbiri giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açaraq Mirzə Cəlil dühasının zəngin irsindən danışmışdır. Rektor bildirmişdir ki, C.Məmmədquluzadə yaradıcılığı Azərbaycanın mənəviyyatını, mədəniyyətini, ədəbiyyatını dünyaya nümayiş etdirən və xalqımızın  nəyə qadir olduğunu göstərən böyük bir sərvətdir.

Konfransda Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimləri İman Cəfərlinin “Cəlil Məmmədquluzadə və dünya ədəbiyyatı”, dosent Qənirə Əsgərova “Cəlil Məmmədquluzadə dilinin bəzi linqivistik xüsusiyyətləri”, dosent Nüşabə Məmmədovanın “Cəlil Məmmədquluzadənin yaradıcılığında azərbaycançılıq” və filologiya üzrə fəlsəfə doktoru Nurlana Əliyevanın “Cəlil Məmmədquluzadə  və müasirləri” mövzularında çıxışları dinlənilmişdir. Bildirilmişdir ki, «Molla Nəsrəddin» jurnalının nəşrinə başlamaqla Cəlil Məmmədquluzadə Azərbaycanda, eləcə də Yaxın Şərqdə satirik jurnalistikanın əsasını qoydu. Həmin vaxtdan Cəlil Məmmədquluzadə «Molla Nəsrəddin» adı ilə məşhur oldu. Ö.F. Nemanzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Nəzmi, Ə.Qəmküsar kimi yazıçılar və jurnalın ilk saylarının rəsmlərini çəkmiş rəssam O.Şmerlinq, J.Rotter, Ə.Əzimzadə və b. ilə Cəlil Məmmədquluzadə arasında möhkəm ideya-yaradıcılıq əlaqələri yarandı. Jurnalda təbliğ olunan dərin demokratiya və azadlıq ideyaları jurnala ümumxalq məhəbbəti, beynəlxalq aləmdə böyük nüfuz qazandırmışdı. Mollanəsrəddinçilər Yaxın və Orta Şərqdə «Molla Nəsrəddin məktəbi» adlı qüdrətli mətbuat məktəbi yaratmışdılar. Jurnalın Rusiya ilə yanaşı, Asiya, Avropa və Amerikanın bir sıra ölkələrində abunəçiləri var idi.
Məruzəçilərin çıxışında o da vurğulanmışdır ki, Cəlil Məmmədquluzadənin zəngin bədii irsi, onun «Molla Nəsrəddin» jurnalı Yaxın və Orta Şərqdə, xüsusilə İran və Türkiyədə ədəbi-ictimai fikrin, inqilabi-demokratik hərəkatın inkişafına qüvvətli təsir göstərmişdir. Cəlil Məmmədquluzadənin yaradıcılığı sənətkarlıq cəhətdən novator və demokratik mahiyyətindədir. Cəlil Məmmədquluzadə, xüsusilə kiçik hekayə janrının misilsiz ustasıdır. Onun ən yaxşı hekayələri çox mühüm sosial mətləbləri son dərəcə yığcam bir şəkildə, məharətlə əks etdirmək baxımından dünya ədəbiyyatının kamil nümunələri ilə bir sırada durur. Onun «Poçt qutusu», «Usta Zeynal», «İranda hürriyyət», «Qurbanəli bəy» kimi hekayələri, məşhur «Ölülər» komediyası Azərbaycan realizmi və satirası tarixində şərəfli yer tutur. Yaradıcılığında milli şüur («Anamın kitabı», 1919), məktəb tərbiyəsi, ümumiyyətlə xalq maarifi («Danabaş kəndinin məktəbi», 1921) problemlərinə geniş yer verilmişdir. «Dəli yığıncağı» (1936-cı ildə nəşr olunmuş, 1977-ci ildə tamaşaya qoyulmuşdur) pyesində feodal-patriarxal münasibətlər, din və fanatizm kəskin tənqid atəşinə tutulmuşdur. Cəlil Məmmədquluzadənin realizmi böyük bədii ümumiləşdirmə və tipikləşdirmə qüvvəsinə malikdir.
Sonda  Cəlil Məmmədquluzadənin “Poçt qutusu” hekayəsi tələbələr tərəfindən səhnələşdirilmişdir. Tamaşa tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.