Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Naxçıvan” Universitetində Pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib

  “Naxçıvan” Universitetində “Pedaqoji” və “Xarici dillər” fakültələrinin əyani şöbə üzrə tələbələrinin 2019-2020-ci tədris ilinin birinci yarısında keçəcəkləri pedaqoji təcrübəyə həsr edilmiş başlanğıc konfransı keçirilmişdir.

  Konfransı giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açaraq bildirmişidir ki, pedaqoji təcrübə kadr hazırlığının ən vacib sahələrindən biri olmaqla yanaşı, ali təhsil müəssisələrinin tədris planında xüsusi önəm daşıyan prosesdir.

Konfransda çıxış edən Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov Azərbaycanda, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bugün də ölkə prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi təhsil strategiyasından danışıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun diqqət və qayğısı sayəsində ötən müddət ərzində 200-dən çox ümumtəhsil müəssisəsi üçün yeni bina tikilib və ya əsaslı surətdə yenidən qurulub, maddi-texniki baza möhkəmləndirilib, informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətləri təhsil müəssisələrinə tətbiq olunub, ümumtəhsil məktəbləri dərslik, bədii ədəbiyyatlarla təmin olunub, bir sözlə müasir şərait yaradılıb. Vurğulanıb ki, Ali Məclis Sədrinin imzaladığı müvafiq Sərəncamlar əsasında keçirilən interaktiv, nümunəvi dərslər, ali və orta-ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi ümumtəhsil məktəblərində yüksək bilikli, savadlı gənclərin yetişdirilməsinə şərait yaratmaqla yanaşı, ali təhsil müəssisələrimizdə yüksək ixtisaslı kadr hazırlığının aparılmasına geniş imkanlar açmaqdadır. Nazir qeyd edib ki, müvafiq Sərəncam əsasında diaqnostik qiymətləndirmədən keçən müəllimlərin dərs yükünün 1,5, vəzifə maaşlarının iki dəfə artırılması və eyni zamanda bu ilin sentyabr ayından müəllimlərin aylıq vəzifə maaşlarının orta hesabla 20% artırılması müəllimlərin əməyinin qiymətləndirilməsinə yönələn addımlardandır. Diqqətə çatdırılıb ki, müstəqillik illərində 300-dən çox müəllimin Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülməsi, “Tərəqi” medalı ilə təltif olunması müəllim əməyinə verilən yüksək qiymətin təzahürdür. Müəllimlərin müsabiqə yolu ilə işə qəbulundan danışan nazir ötən il keçirilən 1000-dən çox tələbənin iştirak etdiyi 3 müsabiqədə 215 nəfər tələbənin ümumtəhsil məktəblərində işlə təmin olunduğu haqda məlumat verib. Nazir tələbələrə yaradılan müasir imkanlardan hərtərəfli şəkildə istifadə etməyi, məktəblərdə əsl pedaqoq kimi formalaşan müəllimlərin iş təcrübəsindən layiqincə faydalanmağı tövsiyyə edib.

Konfransda Pedaqoji fakültənin dekanı Nurlana Əliyevanın “Pedaqoji ixtisaslar üzrə təcrübənin xüsusiyyətləri”, Xarici dillər fakültəsinin dekanı Yasin Babazadənin “Xarici dil ixtisası üzrə pedaqoji təcrübənin xüsusiyyətləri” və Pedaqogika və psixologiya kafedrasının müdiri Nəzakət Yusifovanın “Təcrübə zamanı pedaqoji və psixoloji işləri” mövzusunda çıxışları dinlənilib.