Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Naxçıvan” Universitetində "Oxunması zəruri olan kitablar"dan Cəlil Məmmədquluzadənin “Hekayələr”i müzakirə olunub

  Tədbiri giriş sözü ilə açan filologiya üzrə fəlsəfə doktoru, dosent Əli Həşimli bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2017-ci il 28 avqust tarixdə "Oxunması zəruri olan kitablar haqqında" Sərəncam imzalamış, bu sərəncama əsasən gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılmasına xidmət edən “Oxunması zəruri olan kitabların siyahısı” təsdiq edilmişdir.

  Bu siyahının gənc nəsil üçün önəmindən danışan məruzəçi qeyd edib ki, yaşadığımız dövrün siyasi, iqtisadi, hüquqi və ekoloji məsələləri gənc nəslin təlim-tərbiyəsində bir sıra istiqamətlərə diqqət yetirilməsini zərurətə çevirir. Buna görə də, məqsədyönlü maarifləndirmənin davam etdirilməsi, gənc nəslə zəngin milli və mənəvi dəyərlərimizin aşılanması, onların ictimai həyata adaptasiyası üçün lazımi addımların vaxtında atılması, xalqımızın adət-ənənələrini, tarixini, mədəniyyətini dolğun şəkildə əks etdirən kitabların oxunmasının təmin olunması baxımından siyahıda yer alan kitabların xüsusi əhəmiyyəti vardır. Dosent “Oxunması zəruri olan kitablar”ın siyahısında Mirzə Cəlil hekayələrinin yer almasını isə ədibin irsinə verilən ən yüksək qiymətin təzahürü kimi dəyərləndirib.

  Sonra çıxış üçün söz “Naxçıvan” Universiteti Elmi Kitabxanasının müdiri Zamin Babazadəyə verilib. Məruzəçi bildirib ki, kitabxanada “Oxunması zəruri olan kitablar”dan ibarət guşə yaradılmış, bu kitabların mütəmadi olaraq müzakirəsi təşkil olunmuşdur. Növbəti olaraqsa siyahıda yer alan kitablardan daha biri - Cəlil Məmmədquluzadənin “Hekayələr”inin müzakirəsi keçirilir. Bütün şüurlu həyatı ilə Azərbaycan xalqına, onun azad və xoşbəxt gələcəyinə xidmət edən, öz maarifçilik ideyaları ilə nadanlığa, səfalətə, savadsızlığa qarşı qələmilə mübarizə aparan Cəlil Məmmədquluzadənin “Hekayələr” kitabına onun, əsasən, uşaq və yeniyetmələr üçün qələmə aldığı hekayələri toplanıb. Yüz ilə yaxın bir dövrdə rəngarəngliyini, bədii yükünü, ideya hədəfini itirməyən hekayələr gənc nəslin dünyagörüşünün zənginləşməsi üçün dəyərli mənbələrdəndir.

  Ardından universitetin magistr tələbəsi Murad Məmmədov və “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasının birinci kurs tələbəsi Zeynəb Yusifovanın çıxışları dinlənilib.

  Tədbirdə ədibin ustalıqla yazılan və bir sıra məsələlərdə hələ də aktuallığını itirməyən hekayələri, onların mövzuları və personajları geniş müzakirə olunub. Müzakirələrdə yaxından iştirak edən tələbələr hekayələrlə bağlı fikirlərini bölüşüblər.