Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Güzəştlər

500 baldan yuxarı toplayan tələbələr 100%, 450-499 bal toplayan tələbələr 75%, 400-449 bal toplayan tələbələr 25% güzəştə düşürlər

DAHA ƏTRAFLI

“Naxçıvan” Universitetində Naxçıvan Muxtar Respublikasının sosial iqtisadi inkişafı” mövzusunda elmi-praktik konfrans keçirilib

  “Naxçıvan” Universitetində “İqtisadiyyat” kafedrasının təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasının sosial iqtisadi inkişafı” mövzusunda elmi-praktik konfrans keçirilib.

  Tədbiri giriş sözü ilə “Naxçıvan” Universitetinin prorektoru Hüseyn Bağırsoylu açaraq konfransın keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, ölkə iqtisadiyyatında özünəməxsus yeri olan Naxçıvan Muxtar Respublikası bütün sahələrdə sistemli şəkildə həyata keçirilən islahatlarla dinamik inkişaf dövrünü yaşayır. Qazanılan uğurların təməlində dayanan əsas faktorlardan biri qəbul olunan Dövlət proqramlarının uğurla həyata keçirilməsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 1 sentyabr tarixli Fərmanı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası bu baxımdan mühüm əhəmiyyət kəsb edib.

Daha sonra Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin müdiri Elnur Mahmudov “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunları və gələcək perespektivləri” mövzusunda, “Naxçıvan” Universitetinin “İqtisadiyyat” kafedrasının müdiri Dilsuz Qasımovun “Naxçıvan MR-da qəbul edilmiş sosial-iqtisadi inkişaf proqramlarının iqtisadi inkişafa təsiri” mövzusunda və “İqtisadiyyat” ixtisasının I kurs tələbəsi Coşqun Hüseynovun “Naxçıvan MR-nın sosial-iqtisadi inkişaf proqramlarının icrasının əhalinin həyat səviyyəsinin yüksəldilməsində rolu” mövzusunda çıxışları dinlənilib.