Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Güzəştlər

500 baldan yuxarı toplayan tələbələr 100%, 450-499 bal toplayan tələbələr 75%, 400-449 bal toplayan tələbələr 25% güzəştə düşürlər

DAHA ƏTRAFLI

“Naxçıvan” Universitetində "Nəsimi" poemasının müzakirəsi keçirilib

“Naxçıvan” Universitetində “Nəsimi” həftəsi çərçivəsində Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Qabilin “Nəsimi” poemasının müzakirəsi keçirilib. 

Tədbiri giriş sözü ilə açan universitetinin Pedaqoji fakultəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva ilk öncə əsər haqqında ümumi məlumat verib. 

Bildirib ki, Qabilin poeziyasını sevənlər gözəl bilirlər ki, o, daim klassikləri, xüsusilə Allaha, gözəlliyə, həqiqətə qovuşmaq yolunda hər cür fədakarlığa can atan Nəsimini necə məhəbbətlə sevmiş, oxumuş, onu öyrənməkdən mənəvi bir zövq almışdır. Onun “Nəsimi”si məhz bu baxımdan sevgiyə canlı bir misaldır. Söz sənəti və Nəsimi Qabil üçün ən müqəddəs səcdəgah, qibləgah olmuşdur. On il üzərində çalışdığı poemasında – bu əsərə mənzum roman da deyirlər – Qabil, sözün həqiqi mənasında, böyük mütəfəkkir və dahi şairimiz İmadəddin Nəsiminin daxili, fiziki-mənəvi aləmini aça bilmişdir. Nəticədə Qabilin “Nəsimi”sində mərdlik, bahadırlıq pafosu, ölməzlik əzmi olduqca güclü şəkildə verilib. Onun tarixi və lirik qəhrəmanı Nəsimi özünə inamda və fəlsəfi idrakında qətiyyətlidir, mənəvi keyfiyyətləri ilə əbədiyaşardır. Şairin televiziya verilişlərinin birində qeyd etdiyi kimi, bu onun öz Nəsimisidir. “Ədəbiyyatımızın inkişafında Qabilin xidmətləri çox böyükdür”, – deyən ümummilli lider Heydər Əliyev şairin yaradıcılığına hər zaman yüksək qiymət vermiş və bu dəyər özünü “Nəsimi” mənzum romanına təqdim olunan Dövlət mükafatında bir daha əyani şəkildə göstərir.

Daha sonra tələbələrin fəal iştirakı ilə əsər müzakirə olunub.