Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Naxçıvan” Universitetində növbəti kitab müzakirəsi keçirilib

  “Naxçıvan” Universitetində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə “Oxunması zəruri olan kitablar Siyahısı”na daxil edilən “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti” və amerikalı yazıçı Cek Londonun “Həyat eşqi” əsərinin müzakirəsi keçirilib.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva bildirib ki, müvafiq Sərəncam üzrə müzakirəsi keçirilən kitablar gənc nəsildə dünyagörüşünün zənginləşdirilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, intellektual səviyyələrinin yüksəldilməsi və asudə vaxtlarının səmərəli təşkil olunması baxımdan mühüm əhəmiyyətə malikdir.

  “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəşr olunan “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti” kitabının məziyyətlərindən danışan universitetin Elmi Kitabxanasının direktoru, filologiya üzrə fəlsəfə doktoru Aypara Behbudova bildirib ki, bu nəşr xalqımız üçün əhəmiyyət kəsb edən tarixi məqamları əhatə edir. Kitabda “Azərbaycan xalqı dünya mədəniyyətində öz dəsti xətti ilə seçilən xalqlardandır” ifadəsi hər bir Azərbaycan vətəndaşını öz həyatında daha məsuliyyətli yaşamağa sövq edir. Bu müraciətlə tanış olmaq, onu dərindən öyrənmək hər bir vətəndaşın, xüsusilə də gənc nəsil üçün çox vacibdir.

Qeyd olunub ki, Cek Londonun “Həyat eşqi” hekayəsində insan ilə təbiətin qarşıdurmasından və sonda insanın iradəsi hesabına düşməninə qalib gəlməsindən bəhs edilib. XX əsr Amerika ədəbiyyatının realist yazıçısı Cek Londonun yaradıcılığına nəzər salsaq görərik ki, ağır həyat sürmüş yazıçının 50 roman və 200-ə yaxın hekayəsinə 50-dən artıq film çəkilib.

Sonra kitab haqqında geniş müzakirə aparılmış, müəllim və tələbələrin bir-birindən maraqlı fikir və mülahizələri dinlənilib.