Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Naxçıvan” Universitetində istehsalat təcrübəsinin başlanğıc konfransı keçirilib

   Konfransı giriş sözü ilə universitetin prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu açıq elan edib. Bildirib ki, istehsalat təcrübəsi tələbələrin ali təhsil müəssisəsində qazandığı biliklərin tətbiqi, iş təcrübəsinin qazanılması, gələcəkdə daha yaxşı iş imkanlarının əldə edilməsi baxımından olduqca əhəmiyyətlidir. Növbəti dəfə 5 ixtisas - iqtisadiyyat, turizm və otelçilik, maliyyə, mühasibat uçotu, beynəlxalq münasibətlər üzrə təhsil alan tələbələr uyğun müəssisələrdə istehsalat təcrübəsi keçəcəklər. Prorektor qeyd edib ki, tələbələr bu mərhələyə həm də iş həyatına ilk addım kimi yanaşmalı, nizam-intizamlı olmalıdır. Çünki, yüksək nəzəri biliklə yanaşı, yaxşı təcrübəsi olan tələbələr iş həyatında daha çox uğur qazana bilər.

   Sonra “İdarəetmə” fakültəsinin dekanı Naim Cahidzadə fakültə üzrə istehsalat təcrübəsinə hazırlığın vəziyyəti barədə məlumat verib. Tələbələrin təcrübə prosesində qiymətləndirilmə meyarlarını diqqətə çatdırıb. İstehsalat təcrübəsi jurnalı, müəllimlərin tələbələr üzərində nəzarət mexanizmi haqqında məlumat verib.

  Ardınca “İqtisadiyyat” fakültəsinin dekan müavini Həsən Nəcəfov fakültə üzrə istehsalat təcrübəsinə hazırlığın vəziyyəti barədə məlumat verib. Vurğulayıb ki, fakültə üzrə təcrübəyə yollanan iqtisadiyyat ixtisası üzrə təhsil alan tələbələr 8, turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələr isə 7 həftə təcrübə keçəcəklər.

   Sonra universitetin metodisti Sənan Əhmədov istehsalat təcrübəsinin müəssisə və təşkilatlarda təşkili haqqında danışıb. 31 May tarixinə qədər davam edəcək olan təcrübə prosesində artıq sənədləşmə işlərinin başa çatdığını bildirib. Universitet tərəfindən hami təşkilat və müəssisələrlə lazımi əlaqələrin qurulduğunu diqqətə çatdırıb.

     Ardından təcrübəçi tələbələri maraqlandıran suallar cavablandırılıb.

   Konfransın sonunda prorektor, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu tələbələrə tapşırıq və tövsiyələrini verib. Onlara istehsalat təcrübəsində uğurlar arzulayıb.