Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Naxçıvan” Universitetində EQAC “Erasmus +” layihəsinin monitorinqi keçirilib

  EQAC “Erasmus +” layihəsi çərçivəsində “Naxçıvan” Universitetinin gördüyü işlərin monitorinqi aparılıb. 2017 –ci ildən icrasına başlanan və Azərbaycanın ali təhsil müəssisələrində Keyfiyyət Təminatı Mərkəzlərinin qurulması məqsədini daşıyan layihənin son ilində icra edilmiş işlərin keyfiyyətini yoxlamaq məqsədi ilə keçirilən monitorinqdə İsveçin Kral Texnologiyaları Universitetinin professoru Victor Kordas və Upsala Universitetinin professoru Lennart Stahel eləcə də, Layihə koordinatoru Gülşən Bayramova iştirak edib.

  Monitorinqdə “Naxçıvan” Universiteti Keyfiyyətə Nəzarət Sektoru tərəfindən hazırlanmış özünüqiymətləndirmə hesabatı dinlənilib. Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli layihə müddətində hazırlanmış əsasnamə və hesabatlar, tələbə yönümlü təhsil, tələbəyə dəstək mexanizmləri, universitetin strategiyası və keyfiyyət siyasəti, həmçinin proqramların monitorinqi və qiymətləndirilməsi istiqamətindəki mexanizmlər haqqında monitorinq komissiyasına ətraflı məlumat verib.