Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Güzəştlər

500 baldan yuxarı toplayan tələbələr 100%, 450-499 bal toplayan tələbələr 75%, 400-449 bal toplayan tələbələr 25% güzəştə düşürlər

DAHA ƏTRAFLI

“Naxçıvan” Universitetində elmi-tədqiqat işlərinin yekununa həsr olunmuş konfrans keçirilib

“Naxçıvan” Universitetində 2018-2019-cu tədris ilində Tələbə Elmi Cəmiyyətinin (TEC) xətti ilə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekununa həsr olunmuş konfrans keçirilib.

   Plenar iclası giriş sözü ilə Universitetin rektoru, professor İsmayıl Əliyev açaraq hər bir gənci cəmiyyətin təşkil etdiyi tədbirlərdə daha fəal olmağa çağırmışdır. Bildirdi ki, müasir ali məktəbdə yüksək ixtisaslı, rəqabət qabiliyyətli kadr hazırlğında tədris, tədqiqat və innovasiyaların vəhdəti prinsipi əsas götürülür. Rektor Tələbə Elmi Cəmiyyətinin tələbələrin Universitetdə aparılan elmi-tədqiqat işlərinə cəlb olunmasına, elmi axtarışlar aparmaq vərdişləri əldə etmələrinə şərait yaradan bir qurum olduğunu vurğulayıb. Qeyd edib ki, ali məktəblərdə tələbələrin elmi-tədqiqat işlərinin təşkili və əlaqələndirilməsi vəzifələrini Tələbə Elmi Cəmiyyətləri yerinə yetirir. Məqsəd isə elmə, biliyə marağı olan tələbələri üzə çıxarmaq, onlara elmi-tədqiqat işlərinin aparılmasında kömək etmək və istiqamətləndirməkdən ibarətdir.

   Sonra çıxış edən Universitetin prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu ali təhsil ocağında da fəaliyyət göstərən TEC-in tələbələrin elmi fəallığının və dünyagörüşünün artırılmasındakı rolundan, fakültələr üzrə TEC sədrlərinin tələbələrlə apardığı işlərdən danışıb. Bildirib ki, 2018-2019-cu tədris ilində Tələbə Elmi Cəmiyyətinin (TEC) xətti ilə 137 elmi-tədqiqat işi yerinə yetilib.

   Konfransda İngilis dili müəllimliyi ixtisası üzrə III kurs tələbəsi Günel Priyevanın “Naxçıvanda ingilis dili mühitinin yaradılması problemləri”, Mühasibat uçotu və audit ixtisasının III kurs tələbəsi Kənan Cəfərovun “Qeyri-maddi aktivlər, onların müəssisə üçün əhəmiyyəti və uçotda əks etdirilməsi prinsipləri”, Kimya və biologiya müəllimliyi II kurs ixtisasının tələbəsi Züleyxa Əsgərovanın “Narkotik maddə istifadəçilərinin psixoloji xüsusiyyətləri” və Turizm və otelçilik ixtisasının III kurs tələbəsi Nəcibəxanım Əliverdilinin “Heydər Əliyev və Azərbaycan turizminin inkişafı” mövzularında hazırladıqları elmi-tədqiqat işləri konfrans iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

Daha sonra konfrans 10 bölmə üzrə işini davam etdirib. Burada tələbələr müasir informasiya-kommunikasiya vasitələrindən istifadə etməklə elmi məqalələrin bütün detallarını, cədvəlləri, şəkilləri, diaqramları əyani şəkildə konfrans iştirakçılarına təqdim ediblər. Sonra tələbələrin məruzələri dinlənilib, müzakirələr aparılıb.