Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

“Naxçıvan” Universitetində doktorantura və dissertanturaya ixtisas fənnindən imtahan keçirilmişdir.

 13 sentyabr 2021-ci il tarixdə “Naxçıvan” Universitetində doktorantura və dissertanturaya ixtisas fənnindən imtahan keçirilmişdir. Uğurla keçirilən imtahan komissiya tərəfindən yüksək qiymətləndirilmişdir. “Naxçıvan” Universitetində 2021-ci ilin doktorantura və dissertantura təhsil pilləsinə ayrılmış 9 plan yerinə qarşı 2 nəfər (1 doktorant, 1 dissertant) imtahanlardan müvəffəq qiymət almışdır.