Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Naxçıvan” Universitetində Dövlət Bayrağı Günü qeyd edilib

  “Naxçıvan” Universitetində Dövlət Bayrağı Gününə həsr olunmuş “Qarabağ Azərbaycandır!” adlı tədbir keçirilib.

  “Naxçıvan” Universitetinin şəhərciyində açıq havada keçirilən tədbir başlamazdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra səhnəyə şanlı üçrəngli bayrağımız gətirilib.

  Tədbiri giriş sözü ilə ali təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva açaraq bildirib ki, üçrəngli, aypara və səkkizgüşəli ulduz təsviri olan milli bayrağımız 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin dövründə yaradılaraq ölkəmizin səmasında dalğalanmışdır. Yalnız 70 il sonra 1990-cı ilin noyabr ayının 17-də xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycanın milli dövlət dirçəlişi prosesinin həyata keçirilməsi məsələsi geniş müzakirə olunmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə ucaldılmış üçrəngli bayrağın bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması, Naxçıvan MSSR-in adından “sovet” və “sosialist” sözləri çıxarılaraq onun Naxçıvan Muxtar Respublikası adlandırılması barədə tarixi qərar verilmişdir. Ulu öndərin milli mənafelərə əsaslanan siyasətinin bütün sahələrdə uğurla davam etdirildiyini diqqətə çatdıran rektor bildirmişdir ki, ölkə başçısı İlham Əliyev yüksək vətənpərvərliklə Azərbaycanın milli dövlət atributlarını uca tutur. Ölkə başçısı 2007-ci il noyabr 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması, 2009-cu ilin noyabrında isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncamlar imzalamışdır. 2010-cu il sentyabrın 1-də isə Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi olmuşdur. Meydanda qurulmuş Azərbaycan Respublikasının Gerbi, Dövlət Himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanmışdır.

  Rektor onu da bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 22 avqust tarixli “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” Sərəncamına əsasən, Naxçıvan şəhərində də Dövlət Bayrağı Meydanı və Muzeyi yaradılmışdır.

  Bu gün hər bir Azərbaycan vətəndaşının qəlbi Vətən eşqi ilə döyünür. Şanlı Azərbaycan Ordusu Ali Baş Komandanımızın rəhbərliyi ilə işğal olunmuş tarixi və əzəli torpaqlarımızı düşmən tapdağından azad edir və üçrəngli bayrağımızı orada dalğalandırır.

  Sonra tədbirin bədii hissəsi olmuşdur. Tələbələrin ifasında bayrağımıza həsr olunmuş şeirlər və milli mahnılarımız  səsləndirilmişdir.

Tədbirin sonunda səmaya üzərində Azərbaycan və Türkiyə bayraqları olan hava şarları buraxılmışdır.