Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Güzəştlər

500 baldan yuxarı toplayan tələbələr 100%, 450-499 bal toplayan tələbələr 75%, 400-449 bal toplayan tələbələr 25% güzəştə düşürlər

DAHA ƏTRAFLI

“Naxçıvan” Universitetində Bilik günü qeyd olundu

15 sentyabr Bilik günü ölkəmizin bütün təhsil ocaqlarında olduğu kimi “Naxçıvan” Universitetində də hər il bayram əhval-ruhiyyəsi ilə qeyd olunur.Bu münasibətlə universitetin konfrans zalında keçirilən tədbirdə ilk əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Universitetin rektoru, professor İsmayıl Əliyev  tədbiri giriş sözü ilə açaraq müəllim və tələbə heyətini yeni dərs ilinin başlanması münasibətilə təbrik edib,uğurlar arzulayıb. Rektor  ölkəmizdə, o cümlədən muxtar respublikada ümummilli lider Heydər Əliyevin təhsil siyasətinin bu günkü uğurlu davamından danışıb.

Qeyd olunub ki, Universitetdə 4 fakültə, 10 kafedra və 6 şöbə fəaliyyət göstərməkdədir. Ali təhsil ocağında 15 ixtisas üzrə bakalvr və 6 ixtisas üzrə magistr hazırlığı aparılır. Univeristet  zəngin maddi-texniki bazaya malikdir. 7 binadan və yardımçı qurğulardan ibarət möhtəşəm universitet şəhərciyi salınmışdır. Arxitektura və pedaqoji baxımından mükəmməl olan tədris korpusları, yüksək zövqlə dizayn edilmiş mühazirə və məşğələ otaqları, kabinə və mərkəzlər mövcuddur. Təlim prosesində ən son modifikasiyalı texnologiyalardan istifadə olunur.
   Elektron zalları, zəngin kitab fondu olan elmi kitabxana, yaraşıqlı idman kompleksi və konfrans zalı, hər cür şəraitə malik müasir yataqxana həmçinin üçmərtəbəli sosial xidmət mərkəzi fəaliyyət göstərir. O da tələbələrin diqqətinə çatdırılmışdır ki, univeristet  dünyanın fərqli ölkələrində yerləşən 52 univeristet ilə partnyorluq etməkdədir.

Sonra dekanlar fakültələrə yüksək balla qəbul olunmuş tələbələrə tələbə kimlik kartlarını təqdim ediblər.

Sonda Universitetin inkişaf yolunu əks etdirən videoçarx nümayiş etdirilib.