Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Naxçıvan” Universitetində Bilik Günü qeyd edilib

“Naxçıvan” Universitetində 15 sentyabr Bilik Günü və yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilib.

  İlk əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbiri universitetin rektoru, professor İsmayıl Əliyev giriş sözü ilə açaraq müəllim və tələbələrin yeni tədris ilini təbrik edib, uğurlar arzulayıb. Rektor Azərbaycanda təhsilin inkişaf strategiyasından, ümumilli lider Heydər Əliyevin təhsil siyasətinin uğurlu davamından danışıb.

Rektor çıxışında onu da vurğulayıb ki, universitetin Beynəlxalq əlaqələri də genişləndirilib. Dünyanın məhşur ali təhsil müəssisələrindən olan Almaniyanın Lüdviq Maksimilians Universiteti ilə, son dövrlərdə isə Türkiyənin 9 eləcə də, Ruminya, Çexiya və Latviya universitetləri ilə əlaqələr yaradılıb, bununla da universitetin əməkdaşlıq etdiyi universitetlərin sayı 51-ə çatıb.

  Pedaqoji fakültənin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva çıxış edərək qeyd edib ki, “Naxçıvan” Universiteti yüksək ixtisaslı mütəxəssislər yetişdirən, güclü maddi-texniki bazaya malik, beynəlxalq əlaqələrini günbəgün genişləndirən ali təhsil ocağıdır. 1999-cu ildən fəaliyyət göstərən universitetdə hazırda 4 fakültə, 10 kafedra, 6 şöbə var. 2019-2020-ci tədris ilində universitetdə 1200 -dən artıq tələbə təhsil alacaq. Bu tədris ilində universitetdə 14 ixtisas üzrə mütəxəssis hazırlığı aparılacaqdır. Universitetdə təhsilin keyfiyyəti yüksəldilir, ixtisas fənləri üzrə elmi dərəcəsi olan müəllimlərə üstünlük verilir, tədris zamanı müasir təlim texnologiyalarından istifadə diqqətdə saxlanılır.

Universitetin Tələbə Gənclər Təşkilatının sədri Zakir Məmmədov çıxış edərək Muxtar Respublikamızda təhsilin inkişafına göstərilən qayğıdan danışmış, müəllim və tələbə heyətini yeni tədris ili münasibətilə təbrik edib.

Tələbələr adından isə İngilis dili müəllimliyi ixtisası üzrə I kurs tələbəsi İnci Allahverdili çıxışında onlara göstərilən qayğını, yaradılan şəraiti doğruldacaqlarına əminliyini bildirib.

Daha sonra çıxış edən valideynlər “Naxçıvan” Universitetində yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildiriblər.

Sonda yüksək balla universitetə daxil olan tələbələrin tələbə bileti fakültə dekanları tərəfindən təqdim olunub.