Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Naxçıvan” Universitetində bütün kafedralar üzrə Tələbə Elmi Cəmiyyətinin (TEC) bölmə iclasları keçirilib

  Keçirilən iclaslarda tələbələr yerinə yetirdikləri mövzulardan ətraflı danışıb, slayd nümayiş etdirib və verilən sualları cavablandırıblar.

  Qeyd edək ki, Tələbə Elmi Cəmiyyəti tələbələrin universitetdə aparılan elmi-tədqiqat işlərinə cəlb olunmasına, elmi axtarışlar aparmaq vərdişlərinə yiyələnməsinə şərait yaradır. Ali məktəblərdə tələbələrin elmi-tədqiqat işlərinin təşkili və əlaqələndirilməsi vəzifələrini yerinə yetirən Tələbə Elmi Cəmiyyətinin eyni zamanda istedadlı tələbələrin üzə çıxarılmasında da əhəmiyyətli rolu vardır.