Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Naxçıvan” Universitetində 8 iyul 2021-ci il tarixində keçirilən altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasının müzakirəsi və 2021-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib

  İclası giriş sözü ilə açan universitetin rektoru, dosent Nurlana Əliyeva bildirib ki, keçirilən sessiyanın gündəliyindəki əsas məsələlər 2021-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları və Naxçıvan Muxtar Respublikasının 2020-ci il dövlət büdcəsinin icrasının təsdiq edilməsi olmuşdur. Sessiyada çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2021-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları haqqındaki fikirlərini diqqətə çatdıran rektor, ötən müddətdə qazanılan uğurların əhəmiyyətindən danışıb.

  Məruzəçi bildirib ki, sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən verilən əsas tapşırıqlardan biri də ali təhsil müəssisələrinin işinin təşkili ilə bağlı olmuşdur. 2021-ci ilin birinci yarısında “Naxçıvan” Universitetinin əldə etdiyi uğurlardan danışan rektor qeyd edib ki, bu dövrdə də ali təhsil müəssisəsi öz işini ölkənin təhsil qanunvericiliyi, Muxtar Respublika rəhbərliyinin müəyyən etdiyi dövlətçilik və sosial yönümlü prinsiplər, həmçinin universitetin daxili nizamnaməsi əsasında qurub. Cari ildə 4 fakültə, 10 kafedra, 7 şöbə, 4 mərkəzin fəaliyyət göstərdiyi universitetdə bütün təhsil pillələri üzrə ölkənin başqa bölgələrindən olan 150, 100-ə yaxın əcnəbi tələbə olmaqla, 1339 tələbə təhsil alır. Tələbələrin tədrisi ilə yüksək ixtisaslı 95 nəfər professor-müəllim heyəti məşğul olur.

  Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasında Ali Məclis Sədrinin: Muxtar respublikada digər təhsil pillələri ilə yanaşı, ali təhsil üçün də hərtərəfli şərait yaradılıb. Ali təhsil müəssisələri mövcud imkanlardan səmərəli istifadə etməli, xarici tələbələrin sayı artırılmalı, tədris və elmi-metodik iş günün tələbləri səviyyəsində qurulmalı, startap hərəkatı və innovativ metodların təhsildə tətbiqi əsas istiqamət kimi götürülməlidir – fikrini xatırladan rektor bu sahədə qazanılan uğurların bundan sonra da universitet tərəfindən davam və inkişaf etdiriləcəyini vurğulayıb.

  Ardından çıxış üçün söz universitetin “İdarəetmə” fakültəsinin dekanı Naim Cahidzadəyə verilib. Naxçıvan Muxtar Respublikasında 2021-ci ilin birinci yarısında sosial-iqtisadi sahədə qazanılan uğurlardan danışan məruzəçi, keçirilmiş sessiyada qeyd olunan son statistikaları iclas iştirakçılarının diqqətinə çatdırıb. Ötən müddətdə sahibkarlıq, kənd təsərrüfatı, dövlət büdcəsinin icrası, iqtisadiyyatın inkişafı sahəsində atılan mühüm addımlar haqqında ətraflı məlumat verib.

  Sonra universitetin beynəlxalq əlaqələri haqqında “Beynəlxalq Əlaqələr Şöbəsi”nin əməkdaşı Nurcan Əliyevanın çıxışı dinlənilib. Məruzəçi bildirib ki, dünyanın 52 universiteti ilə tədris və elmi sahədə əlaqələri olan “Naxçıvan” Universitetində 2020-2021-ci tədris ilində 91 əcnəbi tələbə təhsil alıb. Bir çox beynəlxalq layihələrin tərəfdaşı olan universitetin bu sahədə əlaqələri daha da genişləndirmək məqsədilə gördüyü işlər haqqında danışaraq, bu işlərin sessiyada qarşıya qoyulan əsas məsələlələrdən biri- xarici tələbələrin sayı artırılmasına müsbət təsir edəcəyini deyib.

  Ölkə başçısı İlham Əliyevin “Muxtar respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkmizin ən inkişaf etmiş bölgələrindən biridir. Əminəm ki, Naxçıvan bu liderliyi bundan sonra da saxlayacaqdır ” fikrini xatırladan rektor, universitet kollektivinin də qarşıya qoyulan tapşırıqların icrasında əlindən gələni edəcəyinə əminliyini bildirib, bu yolda onlara uğurlar arzulayıb. Bununla da iclasa yekun vurulub.