Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Güzəştlər

500 baldan yuxarı toplayan tələbələr 100%, 450-499 bal toplayan tələbələr 75%, 400-449 bal toplayan tələbələr 25% güzəştə düşürlər

DAHA ƏTRAFLI

“Naxçıvan” Universitetində 46 cildlik dini kitablar təqdim olundu

Beynəlxalq Əlaqələr Şöbəsi Universitetin Beynəlxalq mühitə inteqrasiyasına, müxtəlif universitetlərlə əlaqələrin yaradılmasına, beynəlxalq təlim və proqramlarda iştirakına şərait yaradır. Missiyasi yeni beynəlxalq əlaqələrinin qurulması və universitetin dünya standartlarına uyğun beynəlxalq profilinin yaradılmasıdır. Mərkəz hər bir fakültə və kafedranı Universitet səviyyəsində elm, təhsil, mədəni sahələr üzrə müvafiq universitet və beynəlxalq təşkilatlarla əlaqələr və məqsədyönlü əməkdaşlıq yaratmaları məqsədi ilə koordinasiya edir, beynəlxalq əməkdaşlığın gələcək töhfələrinə dair danışıqlar aparır.
Bu günlərdə Türkiyə Respublikasının baş konsulu Mehmet Emin Kiraz “Naxçıvan”Universitetinin rektoru,  professor İsmayıl Əliyevlə görüşmüş 46  cilddən ibarət dini ensiklopediyanı universitet kitabxanasına təqdim etmişlər. Universitetin Kitabxana binasında təşkil edilən görüşdə ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev qonaqları salamlamış, ali təhsil  ocağının beynəlxalq əlaqələri barədə ətraflı məlumat vermişdir.

Bildirilmişdir ki, “Naxçıvan” Universiteti respublikamızın bir çox ali məktəbləri ilə yanaşım çox saylı xarici universitetlər və beynəlxalq qurumlarla  da əmədaşlıq müqavilələri imzalamışdır ki,bu əməkdaşlıqlar ortaq elmi proqramların və konfransların keçirilməsinə, tələbə mobilliyinin artırılmasına,müəllim tələbə mübadilələrinin həyata keçirilməsinə yüksək təsir göstərmişdir.
Görüş zamanı mövlana mübadiləsi çərçivəsində “Naxçıvan” Universiteti ilə Türkiyə Universitetləri arasında münasibətlərin daha da genişləndirilməsinə dair, Türkiyə vətəndaşlarının “Naxçıvan” Universitetinə təhsilə cəlbi ilə əlaqədar bir sıra məsələlər müzakirə olunmuşdur. Bundan başqa, Türkiyə universitetlərində çalışan akademik heyətin ali təhsil ocağına dəvət olunması və onların  mühazirələr aparması ilə bağlı razılıqlar əldə olunmuşdur.
Sonda baş konsul Mehmet Emin Kiraz gətirdikləri 46 cildlik dini kitabları universitet kitabxanasına təqdim etmişlər.