Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Güzəştlər

500 baldan yuxarı toplayan tələbələr 100%, 450-499 bal toplayan tələbələr 75%, 400-449 bal toplayan tələbələr 25% güzəştə düşürlər

DAHA ƏTRAFLI

“Naxçıvan” Universitetində 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar elmi konfrans keçirilib

“Naxçıvan” Universitetində 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Azərbaycanlılara qarşı törədilmiş soyqırımların səbəb, nəticə və ibrət dərsləri ” mövzusunda “Ümumi tarix” kafedrasının təşkilatçılığı ilə  elmi konfrans keçirilib.

Konfransda əvvəlcə soyqırım faciəsi qurbanlarının, torpaqlarımızın azadlığı və dövlət müstəqilliyimizin qorunması uğrunda canlarını fəda etmiş soydaşlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi. Konfransı giriş sözü ilə açan ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev ermənilərin xalqımıza qarşı törətdikləri soyqırım aktının acı nəticələrindən və 70 illik Sovet imperiyası rejiminin tarixi cinayətin ört-basdır edilməsi üçün həyata keçirdiyi məkrli siyasətdən danışıb.

Daha sonra “Ümumi tarix” kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Elçin Zamanovun “XX əsrin əvvəllərində Zaqafqaziyada yeni tarixi mərhələnin başlanğıcı: Türk müsəlmanlara qarşı həyata  keçirilən  soyqırımların  tarixi konteksdə təhlili”  mövzusunda çıxışı dinlənilib.

Sonda 31 Mart Azərbaycanlıların Soyqırımı  ilə bağlı videoçarx konfrans iştirakçılarına nümayiş olunub.