Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Naxçıvan” Universitetində 2020-2021-ci tədris ilində yerinə yetirilmiş TEC işlərinin yekunlarına həsr edilmiş konfrans keçirilib

  Konfransı giriş sözü ilə açan universitetin rektoru, dosent Nurlana Əliyeva bildirib ki, Tələbə Elmi Cəmiyyəti tələbələrin universitetdə aparılan elmi-tədqiqat işlərinə cəlb olunmasına, elmi axtarışlar aparmaq vərdişlərinə yiyələnməsinə şərait yaradır. Ali məktəbdə tələbələrin elmi-tədqiqat işlərinin təşkili və əlaqələndirilməsi vəzifələrini yerinə yetirən təşkilatın eyni zamanda istedadlı tələbələrin üzə çıxarılmasında da əhəmiyyətli rolu olduğunu vurğulayıb. Bakalavr pilləsi üzrə təhsil alan bütün tələbələrin iştirak edə biləcəyi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirlərin rolunu yüksək qiymətləndirən rektor, bu təşkilatın həm də elmə, biliyə marağı olan tələbələri üzə çıxarmaq, onlara elmi-tədqiqat işlərinin aparılmasında kömək etmək və istiqamətləndirməkdə önəmli olduğunu bildirib.

  Ardından söz tələbələrə verilib.

  İlk olaraq “Demoqrafik problem və onun həlli istiqamətləri” mövzusunda “İqtisadiyyat” ixtisası üzrə 4-cü kurs tələbəsi Məhərrəm Həsənov çıxış edib. Sonra “Xarici dil müəllimliyi” ixtisasının 3-cü kurs tələbəsi Səbinə Məmmədova “Müasir cəmiyyətdə xarici dil öyrənməyin əhəmiyyəti və ailə dəyərlərinin bu prosesdə rolu” mövzusunda danışıb.

  Konfransda növbəti olaraq “Tarix müəllimliyi” ixtisasınn 2-ci kurs tələbəsi Elyar Əhmədovun “Naxçıvan MSSR-nin yaranması” mövzusundaki elmi tədqiqatı dinlənilib.

  Ardından “Məhsulların satışının həvəsləndirilməsi və reklam” mövzusunda “Maliyyə” ixtisasının 3-cü kurs tələbəsi Rübabə Məmmədova çıxış edib.

  Konfransda son olaraq tədqiqat işinin əhatəliliyi, aktuallığı, təqdimatı, verilən sualların cavablandırılması kimi meyarlara uyğun olaraq qaliblər müəyyənləşdirilib və universitet adından hədiyyələr təqdim olunub.