Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Naxçıvan” Universitetində “Sosial iqtisadi inkişafın proqnozlaşdırılması” kitabının təqdimatı keçirilib

  “Naxçıvan” Universitetinin elmi kitabxanasında dosent Ceyhun Mahmudovun və iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylunun “Sosial iqtisadi inkişafın proqnozlaşdırılması” kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə universitetin rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva açaraq müəllifləri təbrik edib. Qeyd edib ki, universitetin fəaliyyətə başlamasının 20 illiyinə həsr olunmuş kitab dərs vəsaiti kimi tələbələr üçün qiymətli xəzinədir.

 Daha sonra “Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin dekanı Naim Cahidzadənin, Naxçıvan Dövlət Universitetinin dosenti Mehdi Bağırovun və Naxçıvan” Universitetinin İdarəetmə kafedrasının müdiri, dosent İradə Bağırovanın kitab haqqında fikirləri dinlənilib.

Bildirilib ki, dərs vəsaitində bazar iqtisadiyyatının tələblərini nəzərə alaraq ölkəmizdəki proqnozlaşdırma proseslərinə bir çox cəhətdən yeni bir şəkildə baxılmasına cəhd göstərilmişdir. Proqnozlaşdırmanın əsas forma və metodları milli iqtisadiyyat, regional və ən vacib sahələr səviyyəsində nəzərdən keçirilmişdir. Bu dərs vəsaiti tələbələrə minimum sayda istifadə edilə biləcək elmi ədəbiyyat mənbəyi olan “Sosial iqtisadi inkişafın proqnozlaşdırılması”  fənninin mənimsənilməsinə imkan verən əlavə bir mənbə kimi yaradılmışdır.

Sonda müəlliflər çıxış edərək universitet rəhbərliyinə dərs vəsaitinin dərc olunmasında göstərilən dəstəyə görə minnətdarlıqlarını bildiriblər.