Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Naxçıvan” Universitetində “Rəsul Rza-110” mövzusunda elmi-praktik konfrans keçirilib

   “Naxçıvan” Universitetində Azərbaycan dili və ədəbiyyat kafedrasının təşkilatçılığı ilə “Rəsul Rza-110” mövzusunda elmi-praktik konfrans keçirilib. 

Konfransın əvvəlində hal-hazırda davam edən Vətən müharibəsində şəhid olmuş və həyatını itirmiş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə ali təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva açaraq bildirib ki, XX əsr Azərbaycan şeirinin ən görkəmli nümayəndələrindən biri, Xalq şairi Rəsul Rza 1910-cu ildə Göyçayda anadan olub. 1927-1937-ci illərdə Zaqafqaziya Kommunist Universitetində, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda, Moskva Millətlər İnstitutunda və Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb. Rəsul Rzanın lirik-epik səpkidə yazılmış "Qızılgül olmayaydı" poeması Azərbaycan ədəbiyyatında repressiya qurbanları mövzusunda yazılmış ən dəyərli əsərlərdən biri sayılır. Poemanın mövzusu Müşfiqin həyatı və taleyindən götürülüb.

Daha sonra Azərbaycan dili və ədəbiyyat kafedrasınının müəllimləri, professor Sədaqət Həsənovanın “Rəsul Rza və ədəbi dilimiz”, dosent Əli Həşimovun “Rəsul Rza: ömür və sənət yolu”, Zamin Babazadənin “Rəsul Rzanın yaradıcılığı tədqiqatlarda” mövzusunda çıxışları dinlənilib.

Bildirilib ki, Rəsul Rza ədəbiyyatımızın inkişafına əhəmiyyətli təsir göstərən novator şair, dilimizin dövlət dili olmasına çalışan, müstəqilliyimiz uğrunda mübarizə aparan ictimai xadim, böyük şəxsiyyət kimi səciyyələndirilmişdir. 60-cı illərdə Rəsul Rza yaradıcılığının mövzu dairəsi əhəmiyyətli dərəcədə genişlənmiş, poeziyasında intellektual mənbə, analitik bədii idrak, müasir həyat hadisələrinə fəlsəfi yanaşma meyilləri xeyli güclənmişdir. Məsələn, «Rənglər» (1962) silsiləsində 20-ci əsr insanının mənəvi aləmi rənglərin doğurduğu assosiasiyalar vasitəsilə açılır. Müasirlik Rəsul Rzanın 70-ci illər yaradıcılığının da («Dünən, bu gün, sabah» (1973), «Güneylər, quzeylər» (1977), «Üzü küləyə» (1979) kitabları) əsas mövzusu olmuşdur.

Sonda Rəsul Rzanın həyat və yaradıcılığını özündə əks etdirən slayd nümayiş olunub.