Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Naxçıvan” Universitetində “Naxçıvan Muxtar Respublikasında ətraf mühitin mühafizəsi problemləri” mövzusunda elmi konfrans keçirilib

  Konfransı giriş sözü ilə açan universitetin rektoru, dosent Nurlana Əliyeva bildirib ki, ekologiya sərhəd, bölgə anlayışı olmayan məhfumdur. Onun pozulması yalnız bir xalq üçün deyil, bütün dünya üçün acı nəticələrə səbəb olur. Buna görə də ekologiyanın qorunması, ətraf mühitin mühafizəsi ən əhəmiyyətli məsələlərdəndir.

  Rektor həmçinin qeyd edib ki, Azərbaycanda ətraf mühitin mühafizəsinə əsas prioritet məsələlərdən biri kimi xüsusi diqqət yetirilir. Ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasında da bu tədbirlərin uğurla həyata keçirildiyini deyən rektor, hər il 5 iyun “Ümumdünya ətraf mühit günü” ərəfəsində ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədi ilə müxtəlif tədbirlər həyata keçirilirdiyini vurğulayıb. Bildirib ki, muxtar respublika ərazisində ­təbii­-iqlim və torpaq xüsusiyyətləri nəzərə alınaraq yaşıllıqların qorunması və artırılmasına xüsusi diqqət yetirilir. Meşələrin qorunması ilə yanaşı, yeni yaşıllıqların salınması istiqamətində də mühüm işlər görülür. Bu tədbirlərin əsası ulu ­öndərimizin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə qoyulmuşdur.

  Ardından çıxış üçün söz pedaqogika üzrə fəlsəfə doktoru Elnarə Seyidovaya verilib. “Naxçıvan Muxtar Respublikasında Arazboyu düzənliklərdə təbiətə texnogen təsir formaları”ndan danışan məruzəçi mövzu ilə bağlı iştirakçılara ətraflı məlumat verib. Bildirib ki, texnogen təsirlər arasında həm mənfi, həm də müsbət təsirlər diqqət çəkir. Hər iki təsir növünü nümunələrlə diqqətə çatdırıb, bu sahədə görülə biləcək işlərdən danışıb.

  “Təbiət elmləri” kafedrasının baş məllimi Əli Qurbanov isə “Biləv Su Elektrik Stansiyasının Gilənçayın ekocoğrafi şəraitinə təsiri”ndən danışıb. Məruzəçi su anbarlarının ekologiyaya mənfi və müsbət təsirlərini slayd vasitəsilə izah edib. Mənfi təsirlərin azaldılması üçün müxtəlif təkliflər səsləndirib.

  “Təbiət elmləri” kafedrasının müəllimi İsmət Həsənov isə “Naxçıvan Muxtar Respublikasında suvarılan torpaqların ekoloji vəziyyəti” haqqında danışıb. Su ehtiyyatlarının səmərəli istifadəsinin önəmini vurğulayıb.

  Konfransın sonunda isə müxtəlif beynəlxalq indeksli bazalara aid olan jurnallarda məqalələri dərc olunan əməkdaşlara universitet rəhbərliyi tərəfindən mükafatlar təqdim olunub.