Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR
 
  Tədbiri giriş sözü ilə universitetin rektoru, dosent Nurlana Əliyeva açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin yaradılmasının 50 illiyi tamam olur. Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 2-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama uyğun olaraq, Muxtar Respublikamızın mədəni həyatına ciddi təsir edən birliyin fəaliyyətinə həsr olunan növbəti tədbirə “Naxçıvan” Universitetinin ev sahibliyi etdiyini deyən Nurlana Əliyeva bütün rəssamları yubiley münasibətilə təbrik edib. Tarixi Gəmiqaya təsvirlərindən başlayan Naxçıvan rəssamlıq sənətinin uğurlu inkişaf yolu keçdiyini vurğulayan rektor, bu sahənin inkişafı üçün yaradılan müasir şəraiti xüsusi diqqətə çatdırıb. Əsərlərində tariximizi, müasir dövrümüzü, adət-ənənələrimizi yaşadan rəssamların hərtərəfli qayğı ilə əhatə olunduğunu deyib. Eyni zamanda istedadlı gəncləri ətrafında toplayan qurumda universitet tələbələrinin də yer aldığını, hər iki qurum arasında sıx əlaqələrin olduğunu bildirib.
 
 
  Ardından çıxış üçün söz Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ülviyyə Həmzəyevaya verilib. Birliyin 50 illik yubileyi ilə bağlı tədbir keçirilməsi təşəbbüsünə və təşkilatçılığa görə minnətdarlıq edən sədr bildirib ki, bu ali təhsil müəssisələri arasında ilk belə təşəbbüsdür. Hazırki sərgidə 17 rəssamın əsərlərinin nümayiş etdirildiyini vurğulayıb. Bu kimi tədbirlərin gənclərdə incəsənətə maraq yaratmaqdaki rolunu vurğulayan Ülviyyə Həmzəyeva, istedadlı gənclərə xüsusi diqqət göstərən birlikdə 2020-ci ildə “Gənc rəssamlar” bölməsinin yaradıldığını bildirib. Qeyd edib ki, bu bölmədə “Naxçıvan” Universitetinin tələbəsi də fəaliyyət göstərir.
 
  İncəsənətimizə, o cümlədən rəssamlığa dövlət tərəfindən yaradılan şərait, göstərilən diqqət və qayğı haqqında məlumat verildikdən sonra çıxış üçün söz sənətşünas Nizami Alıyevə verilib. Naxçıvanda rəssamlığın tarixindən danışan məruzəçi, bu ərazilərin Boyalı Qablar və Kür-Araz mədəniyyətinin əsas mərkəzlərindən olduğunu diqqətə çatdırıb. Hələ 7000 il bundan əvvələ aid qabartma üsulunda həkk olunmuş təsvirlərin aşkarlandığını bu torpaqlarda yetişən sənətkarların dünya mədəniyyətinin inkişafına da təsiri olduğunu deyib. Sənətşünas xüsusən Tac Mahalın inşasında Naxçıvanlı rəssamların da iştirak etdiyini bildirib. Naxçıvanın müasir dövründə iz qoymuş rəssamlar, hazırda xarici ölkələrdə bu məktəbi layiqincə təmsil edən incəsənət nümayəndələri haqqında məlumat verib.
 
 
  Tədbirdə növbəti olaraq Muxtar Respublikanın peşəkar rəssamlarının çıxışları dinlənilib. Sonra tədbirdə iştirak edən rəssamlara universitet tərəfindən təşəkkürnamələr təqdim olunub.
 
 
  Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ülviyyə Həmzəyeva elmi fəaliyyəti ilə yanaşı, yaradıcılıq qabiliyyəti ilə də fərqlənən universitetin prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylunu Birliyə üzv seçilməsi münasibətilə təbrik edib, ona yaradıcılıq uğurları arzulayıb.
 
  Sonda təşkil olunan sərgiyə baxış olub.