Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Güzəştlər

500 baldan yuxarı toplayan tələbələr 100%, 450-499 bal toplayan tələbələr 75%, 400-449 bal toplayan tələbələr 25% güzəştə düşürlər

DAHA ƏTRAFLI

“Naxçıvan” Universitetində “Nəsimi həftəsi”nin açılışı olub

Aprel  ayının 8-də “Naxçıvan” Universiteti  tərəfindən görkəmli şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə “Nəsimi həftəsi”nə start verilib.

Tədbirdə çıxış edən  ali təhsil ocağının prorektoru, iqsad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili" elan edilməsini şairin yaradıcılığının təbliği baxımından böyük əhəmiyyət daşıdığını bildirib. Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədri Vasif Talıbovun təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Naxçıvanda da Nəsiminin həyat və yaradıcılığı ilə bağlı silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb.

Vurğulayıb ki, belə bir tarixi ildə xalqımızın görkəmli şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən “Nəsimi həftəsi” də ölməz sənətkarın həyatı və yaradıcılığının, ideallarını tələbələrimizə tanıdılmasına və təbliğ edilməsinə geniş imkan açır.

Sonra universitetin Tələbə Gənclər Təşkilatının sədri Zakir Məmmədov çıxış edərək  bildirib ki, “Nəsimi həftəsi” 8-12 aprel tarixlərini əhatə edəcək. Hazırlanmış qrafikə əsasən bu gün “Nəsimi” tarixi filminin nümayişi, 9 aprel tarixində “Nə? Harada? Nə zaman?” intellektual oyunun keçirilməsi, 10 aprel tarixində Xalq şairi Qabilin “Nəsimi” poemasının müzakirəsinin keçirilməsi, 11 aprel tarixində “İmadəddin Nəsimi-650” adlı elmi konfransın keçirilməsi, 12 aprel tarixində isə tələbələrin Culfa rayonunda Xanəgah Abidə Kompleksinə  ekskursiyası  nəzərdə tutulub.

Daha sonra  ssenari müəllifi Xalq yazıçısı İsa Hüseynov, rejissoru Həsən Seyidbəyli olan “Nəsimi” filminin nümayişi olub. Tarixi-bioqrafik filmin Naxçıvan çəkilişləri maraqlı məqamları ilə yadda qalıb. 1974-cü ildə Bakıda VII Ümumittifaq kinofestivalı çərçivəsində “Ən yaxşı tarixi film” mükafatına layiq görülən ekran əsərini tələbələr  izləyib.