Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Naxçıvan” Universitetində “Müasir komputer, smartfon və Günəş şüalarının gözə zərəri” mövzusunda tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyin əməkdaşları cərrah-oftalmoloq Kəmalə Əliyeva və Aynur Rzayeva tərəfindən “Naxçıvan” Universitetində “Müasir komputer, smartfonların və Günəş şüalarının gözə zərəri” mövzusunda seminar keçirilib.

Tədbiri giriş sözü ilə universitetin prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu açaraq tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, gənclərin komputer və smartfonlar qarşısında çox vaxt keçirmələri görmə qabiliyyətinin zəifləməsinə və ya göz xəstəliklərinə səbəb olur.

Daha sonra Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyin əməkdaşları oftalmoloq Aynur Rzayeva və Kəmalə Əliyevanın “Müasir komputer, smartfonların və Günəş şüalarının gözə zərəri” mövzusunda çıxışları dinlənilib. Bildirib ki, müasir dövrümüzdə gənclər arasında tez-tez baş verən göz yorğunluğunun və qurululuğunun başlıca səbəbi məhz komputer və smartfonların şüalarıdır. Adətən monitor qarşısında olan insanların gözləri tək bir nöqtəyə zillənir və nəticədə göz yorulur.  

Komputerdə uzun müddət ərzində işləyən insanların gözləri daim gərginliyə məruz qalır. Bütün dünya oftalmoloqları etiraf edir ki, uzun müddət ərzində komputerdə işləyən insanlarda müxtəlif görmə pozulmaları yaranır. Xüsusilə bu görmə problemləri olan insanlar üçün çox təhlükəlidir. Belə ki, miopiyadan (yaxınıgörmə) əziyyət çəkən insan uzun müddət ərzində komputerdə işləyərsə, onun görməsi daha da zəifləyəcək. Qlaukoma kimi ağır və korluqla nəticələnə bilən xəstəliyin inkişafı riski komputerdə uzun müddət ərzində işləyən insanlarda xeyli yüksəkdir. Oftalmologiyada hətta bir neçə yeni termin əmələ gəlib. Məsələn, "monitor xəstəliyi". "Monitor xəstəliyi" zamanı gözün akkomodasiya qabiliyyəti (gözün müxtəlif məsafələrdə olan şeyləri aydın görməyə uyğunlaşma) pozulur.

Müxtəlif məsafələrə (yaxın, uzaq) baxdıqda, göz bülluru öz əyriliyini dəyişir. Bu normal fizioloji prosesdir və bu prosesə xüsusi kiçik əzələlər cavabdehdir. Lakin əgər insan uzun müddət ərzində eyni yerə (monitora) baxırsa, bu əzələlərin fəaliyyətində pozulmalar yaranır. Məhz bu səbəbdən komputerdə bir neçə saat işlədikdən sonra insan hiss edir ki, uzağa baxdıqda çox dumanlı və pis görür. Belə hal daim təkrarlandıqda görmə zəifləyə bilər. Daha bir yeni termin "quru göz sindromu". Normada insan 1 dəqiqə ərzində təxminən 20 dəfə göz qırpır. Bu zaman gözün buynuzlu qişası göz yaşı mayesi ilə daim nəmlənir və təmizlənir.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə olduğu kimi oftalmologiya elminin inkişafına da yüksək diqqət və qayğı göstərilir. Hazırda müasir tibbi avadanlıqlarla təhciz olunmuş Naxçıvan Muxtar Respublika Xəstəxanasında  istənilən göz əməliyyatını ən yüksək səviyyədə  həyata keçirmək mümkündür.

Sonda tədbirdə fəal iştirak edən tələbələrə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və “Bakcell” MMC tərəfindən  müxtəlif hədiyyələr təqdim edilib.