Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Naxçıvan” Universitetində “Müəssisələrdə birbaşa və dolayı istehsal xərclərinin məhsulun maya dəyərinə düzgün bölüşdürülməsi problemləri və həlli yolları” mövzusunda elmi-praktik konfrans keçirilib.

    Konfransı giriş sözü ilə universitetin prorektoru, Ali Məclisin deputatı Hüseyn Bağırsoylu açıb. Bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən atılan, bu gün uğurla davam etdirilən düzgün iqtisadi siyasət öz nəticəsini verir. Bütün dünyanı ağuşuna alan, inkişaf etmiş ölkələrdə belə iqtisadiyyata ciddi zərbə vuran pandemiya, ölkəmizdə minimal təsirlərlə müşahidə olunur. Azərbaycanda, o cümlədən onun ayrılmaz hissəsi olan Muxtar Respublikamızda iqtisadi inkişaf artan temp üzrə irəliləyir. Bu isə dövlət tərəfindən illərdir atılan davamlı addımların nəticəsidir. Ötən illər ərzində Muxtar respublikada özəl bölməyə dövlət dəstəyi artırılıb, biznes subyektlərinin qeydiyyat və lisenziya sistemi sadələşdirilib, əlverişli investisiya mühiti yaradılıb. Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının fəaliyyətinin dəstəklənməsi ilə kiçik və orta sahibkarlığın inkişafına, ən əsası isə özünüməşğulluğun təmin olunmasına və yerli istehsalın artmasına  şərait yaranıb. Bütün bunların fonunda ötən illər ərzində yüzlərlə yeni müəssisə fəaliyyətə başlayıb. 2020-ci ilin muxtar respublikada "İxrac ili" elan olunması ilə istehsal olunan məhsulların say və çeşidinin artırılmasına daha böyük imkan yaradılıb.

    Bu gün keçirilən elmi-praktik konfransın da əsas mahiyyəti istehsalla məşğul olan sahibkarların, müəssisələrin, o cümlədən iqtisadiyyat yönümlü ixtisaslarda təhsil alan tələbələrin maarifləndirilməsidir.

   Prorektor qeyd edib ki, bu gün müəssisələrin əsas məqsədi rəqabətədavamlı məhsulların istehsalıdır. Belə məhsulların istehsalında isə əsas amillər ucuz və keyfiyyətli məhsul istehsal etməkdir. Məhsulun ucuz qiymətə satılması üçün müəssisənin iqtisadi siyasəti düzgün qurulmalı, nəticədə həm müəssisə, həm də istehlakçı qazanmalıdır.

   Konfransda növbəti olaraq çıxış edən “İdarəetmə” kafedrasının müəllimi Elvin Əlimərdanlı iştirakçılara “Ümumi istehsal xərclərinin bölüşdürülməsi problemlərinin aşkara çıxarılması yolları” mövzusunda məlumat verib. Ardınca həmin kafedranın müəllimi Xəyal Heydərov çıxış edib və ”Dəyişən xərclər: növləri, hesablanma forması və satış həcminə təsiri”ndən danışıb.

   Konfransda növbəti olaraq söz yenə gənclərə verilib. “Mühasibat uçotu və audit” ixtisası üzrə 3-cü kurs tələbəsi Yunis Nəsibli “Müəssisənin sabit və dəyişən xərclərinə təsir edən amillər” mövzusunda çıxış edib.

   Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında maraqlı müzakirələr aparılıb.