Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Güzəştlər

500 baldan yuxarı toplayan tələbələr 100%, 450-499 bal toplayan tələbələr 75%, 400-449 bal toplayan tələbələr 25% güzəştə düşürlər

DAHA ƏTRAFLI

“Naxçıvan” Universitetində “İmaməddin Nəsimi-650” mövzusunda elmi konfrans keçirilib

“Naxçıvan” Universitetində keçirilən “Nəsimi həftəsi” ilə bağlı ali təhsil müəssisəsində “İmaməddin Nəsimi – 650” mövzusunda elmi konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili" elan edilməsini şairin yaradıcılığının təbliği baxımından böyük əhəmiyyət daşıdığını bildirib. Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədri Vasif Talıbovun təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Naxçıvanda da Nəsiminin həyat və yaradıcılığı ilə bağlı silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, universitetdə “Nəsimi həftəsi”nin uğurla keçirilməsi, ölməz sənətkarın həyatı və yaradıcılığının, ideallarını tələbələrimizə tanıtmaq və təbliğ edilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

Sonra universitetin “Azərbaycan dili və ədəbiyyat” kafedrasının müəllimləri Arifə Zeynalovanın “Nəsimi ədəbi dilində məcazlar və onun işlənmə məqamları” və Aypara Behbudovanın “Azərbaycan şeirinin Nəsimi zirvəsi” mövsunda çıxışları dinlənilib. Bildiriblər ki, şairin əsərlərində poetik fikirlə fəlsəfi fikir birləşir. Nəsimi dili onun özü haqqında güclü və aydın informasiya verir. Onun şeirində daima düşünən, kainatın sirlərinə cavab axtaran bir şəxsiyyətin obrazı var.

Daha sonra tələbələr tərəfindən Nəsimi qəzəllərinin bədii qiraəti keçirilib.

Sonda “Nəsimi həftəsi” çərçivəsində keçirilən tədbirlərdə fəal olan və “Nə? Harada? Nə zaman?” intellektual oyununda qalib olmuş tələbələr mükafatlandırılıblar.

Qeyd edək ki, “Nəsimi həftəsi” çərçivəsində universitetdə “Nəsimi” tarixi filminin nümayişi, “Nə? Harada? Nə zaman?” intellektual oyunu, Xalq şairi Qabilin “Nəsimi” poemasının müzakirəsi,” tələbələrin Culfa rayonundakı Xanəgah Abidə Kompleksinə ekskursiyası və “İmadəddin Nəsimi – 650” adlı elmi konfrans  keçirilib.