Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Naxçıvan” Universitetində “Hökumət ödəniş portalından istifadə” adlı seminar keçirilib

  Tədbiri giriş sözü ilə açan universitetin prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu bildirib ki, son illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən elektron ödəniş sistemlərinin yaradılması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən ardıcıl və davamlı islahatların nəticəsində ən müasir texnologiya və proqram təminatlarına əsaslanan arxitekturaya malik Milli Ödəniş Sistemi yaradılmışdır. Bu sistemin istismara verilməsi nəticəsində banklar arasında hesablaşmaların real rejimdə aparılmasına, pul dövriyyəsinin sürətinin nəzərəçarpacaq dərəcədə artmasına əlverişli zəmin yaranmışdır.

  Yaradılmış ödəniş sistemindən daha səmərəli istifadənin təmin olunması, ölkənin bütün regionlarında elektron ödəniş xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir.  Əsas tədbirlərdən biri isə kommunal və digər kütləvi xidmət müəssisələrinin daxili informasiya sistemlərinin inkişaf etdirilərək Milli Ödəniş Sistemi infrastrukturuna texnoloji inteqrasiyasının həyata keçirilməsi, kommunal xidmətləri üzrə ödənişlərin yığım səviyyəsinin və şəffaflığının daha da artırılması və bu sahədə maliyyə dövriyyəsinin bank sisteminə cəlb edilməsi olmuşdur.  Bununla da ödənişlərin qəbul edilməsi prosesi sadələşdirilərək, baş verən səhvlərin sayının minimuma endirilməsi təmin edilmişdir.

  Sonra universitetin “İdarəetmə” fakültəsinin dekanı Naim Cahidzadə, "İqtisadiyyat" fakültəsinin dekanı Zakir Məmmədov, “İdarəetmə” kafedrasının müəllimi, Mühasibatlıq şöbəsinin müdiri Xəyal Heydərov  mövzu ilə bağlı çıxş edib, iştirakçılara ətraflı məlumat veriblər.

  Seminarda son olaraq iştirakçıları maraqlandıran suallar cavablandırılıb.