Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Naxçıvan” Universitetində “Hökmdar” əsərinin müzakirəsi keçirilib

  “Naxçıvan” Universitetində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilən italyan yazıçısı Nikolo Makiavellinin “Hökmdar” əsərinin müzakirəsi keçirilib.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva bildirib ki, müvafiq Sərəncam üzrə müzakirəsi keçirilən kitablar gənc nəslin dünyagörüşünün zənginləşdirilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, intellektual səviyyələrinin yüksəldilməsi və asudə vaxtlarının səmərəli təşkil olunması baxımdan mühüm əhəmiyyətə malikdir.

Daha sonra universitetin “Naxçıvan” Universitetinin Kitabxanasının müdiri Zamin Babazadənin, universitetin I kurs tələbələri Orucova İmminin, İsmayılzadə Sevincin və II kurs tələbəsi Quliyev Kənanın kitabla bağlı məruzələri dinlənilmişdir.

Bildirilib ki, Nikolo Makiavelli və onun “Hökmdar” əsəri həmişəlik olaraq bəşəriyyətin yaddaşında qalıb, dərin ideya və fikirlərə görə bu əsər dünya mədəniyyət xəzinəsinə daxil olub. On beşinci əsrdə qələmə alınan, 26 fəsildən ibarət olan “Hökmdar” əsəri bütün dövrlərin və bütün xalqların siyasətçiləri üçün əsl dərs vəsaiti olub. Əsər dərin ideya və fikirlərə görə dünya mədəniyyət xəzinəsinə daxil edilib. Makiavelli sözü gedən əsərdə səxavət və qənaət, qəddarlıq və mərhəmət, məhəbbət və nifrət, habelə digər bu kimi anlayışları diqqətlə təhlil edib. Kitabda müəllif, eləcə də öz ordusu olmayan heç bir dövlətin güclü olmadığını da diqqətə çatdırıb.