Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Naxçıvan” Universitetində “Genetik Modifikasiya Olunmuş məhsullar” mövzusunda elmi-praktik seminar keçirilib

  “Naxçıvan” Universitetinin “Kimya Biologiya Klubunun” təşkilatçılığı ilə “Genetik Modifikasiya Olunmuş məhsullar” mövzusunda elmi-praktik seminar keçirilib. 

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb.

Bildirilib ki, GMO mənşəli məhsulların məhsuldar və iqtisadi baxımdan sərfəli olmasına baxmayaraq, onların insan sağlamlığına və ekosistemə xeyiri və ya vura biləcəkləri potensial ziyanı elmi tədqiqat müəssisələri tərəfindən hələ də tədqiq edildiyindən, bu cür məhsulların təhlükəsizlik aspektləri sual altındadır. Genetik seleksiya yolu ilə seçilmiş bitki və heyvanlardan, yəni heç birgen mühəndisliyinin və biotexnoloji metodların manupuliyasiyasına uğramamış orqanizmlərdən hazırlanmış qidaların isə tam təhlükəsiz olması insan sağlamlığı baxımından önəmli yer tutur.

Daha sonra universitetin Pedaqoji fakültəsinin  Kimya və biologiya müəllimliyi ixtisası üzrə təhsil alan III kurs tələbələri Züleyxa Ələsgərova və Surə Bağırovanın çıxışları dinlənilib.