Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Naxçıvan” Universitetində “Gender bərabərliyi” mövzusunda təlim keçirilib

  Tədbiri giriş sözü ilə açan universitetin rektoru, dosent Nurlana Əliyeva bildirib ki, gender bərabərliyi sahəsində ən əhəmiyyətli addımlardan biri qadınlara cəmiyyətdə önəm verilməsi, onlara lazımi şəraitin yaradılmasıdır. Azərbaycan qadını tarix boyu cəmiyyətin aparıcı qüvvəsi kimi xalqımızın ictimai-siyasi həyatında fəal iştirak etmiş, adət-ənənələrimizin, milli-mənəvi dəyərlərimizin formalaşmasında müstəsna rol oynamışdır. Bu gün müasir Azərbaycan qadınları da öz dərin zəkaları ilə xalqa və cəmiyyətə fədakarcasına xidmət edir, müstəqil Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatının inkişafına öz töhfələrini verirlər. Azərbaycanda dövlət qadın siyasətinin həyata keçirilməsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır- deyən rektor bildirib ki, ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə qadın amilinə yüksək dəyər verərək onların hüquqlarının müdafiəsi, problemlərinin həlli, bütün sahələrdə öz layiqli yerini tutması istiqamətində ardıcıl tədbirlər həyata keçirmiş, qadınların cəmiyyətdəki mövqeyinin əhəmiyyətini vurğulayaraq demişdir: “Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi indi də cəmiyyətdə aparıcı rol oynayırlar”.

  Ümummilli liderin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət qadın siyasəti yüksəliş mərhələsinə qədəm qoyub. Bu gün Azərbaycanda qadınlarla bağlı iş dövlət siyasətinin bütün sahələrində öz əksini tapır, qadınlar ən yüksək diqqət və qayğı ilə əhatə olunurlar. Rektor qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında da qadınların cəmiyyətin ictimai-siyasi həyatında rolu getdikcə artır. Naxçıvan qadınları muxtar respublikanın ictimai-siyasi və mədəni həyatında fəal iştirak edir, yüksək vəzifələrdə çalışırlar. Azərbaycan elminə mühüm töhfələr verərək elmi dərəcələr alırlar. Bütün sahələrdə qadınların uğurla təmsil olunduğunu deyən rektor bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının 24 faizini qadınlar təşkil edir. Naxçıvan Muxtar Respublikasından Azərbaycan Milli Məclisinə seçilən 7 deputatdan 1-i qadındır, bu gün 7390 qadın uğurlu sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Rektor həmçinin Naxçıvan qadınlarının bütün sahələrdəki fəaliyyətinin ildən-ilə artmasının muxtar respublikada həyata keçirilən qadın siyasətinin uğurlu nəticəsi olduğunu vurğulayıb.

  Tədbirdə növbəti olaraq çıxış üçün söz tələbələrə verilib.

  “Dinşünaslıq” ixtisasının 1-ci kurs tələbəsi Nəzrin Bağırlı “Gender əsaslı zorakılıq və İslamda zorakılığın qadağan edilməsi” mövzusunda danışıb. Məruzəçi bildirib ki, dini nöqteyi-nəzərdən kişilər və qadınlar sırf cinsi mənsubiyyətlərinə görə biri-birilərindən heç vaxt üstün ola bilməzlər. Qurana görə üstünlük yalnızca insanın əməlləri, davranışları, yaşam tərzləri ilə müəyyən oluna bilər. Quranın insanlar arasında irqi, milli, cinsi və s. kimi yönlərinə görə fərq qoymamasının başlıca səbəbi bütün insanların yaranış etibarı ilə dəyərli olmalarıdır.

  Ardından həmin ixtisasın 3-cü kurs tələbəsi Zeynəb Səfərova “Məişət zorakılığı və qadın haqları” mövzusunda çıxış edib. Qeyd edib ki, bu cür zorakılıqların qarşısını almaq üçün qadınlar öz hüquqlarını bilməli, onları müdafiə etməyi bacarmalıdır.

  Sonda iştirakçıların sualları cavablandırılıb.