Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Naxçıvan” Universitetində “Gənclər gələcəyimizdir” mövzusunda tədbir keçirilib

“Naxçıvan” Universitetində 2 Fevral - Gənclər Gününə həsr olunmuş “Gənclər gələcəyimizdir” mövzusunda tədbir keçirilib.

  Tədbiri giriş sözü ilə universitetin rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva açaraq ölkəmizdə, o cümlədən, muxtar respublikada həyata keçirilən gənclər siyasətindən, bu sahədə əldə olunan nailiyyətlərdən danışıb. O bildirib ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edirlər. Muxtar respublikada məşğul əhalinin əksəriyyətinin gənclərdən ibarət olması, onların dövlət orqanlarında irəli çəkilməsi gənclərə göstərilən diqqət və qayğıdan xəbər verir. Gənclərə qayğını hər zaman diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalaması dövlətimizin gəncliyə verdiyi önəmin daha bir parlaq göstəricisidir. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nın qəbul olunması isə bu sahədə görülən işlərin davamı kimi gələcəkdə də gənclərə qayğının üstünlük təşkil edən istiqamət olacağını göstərir.

Daha sonra dosent Aypara Behbudovanın “Gənclərə dövlət qayğısı”, universitetin Tələbə Gənclər Təşkilatının sədri Zakir Məmmədovun “Tələbə Gənclər Təşkilatının fəaliyyəti”, universitetin dissertantı Emelya Süleymanovanın “Müasir gənclik və mütaliə mədəniyyəti” və universitetin İqtisadiyyat fakültəsinin III kurs tələbəsi Məhərrəm Həsənovun “Milli ruhda böyüyən gənclik gələcəyimizin təminatıdır” mövzusunda çıxışları dinlənilib.