Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Güzəştlər

500 baldan yuxarı toplayan tələbələr 100%, 450-499 bal toplayan tələbələr 75%, 400-449 bal toplayan tələbələr 25% güzəştə düşürlər

DAHA ƏTRAFLI

“Naxçıvan” Universitetində “Görkəmli pedaqoq, musiqişünas və rəssam Ərtoğrol Cavid-100” adlı elmi konfrans keçirilib

“Naxçıvan” Universitetində “Azərbaycan dili və ədəbiyyat” kafedrasının təşkilatçılığı ilə “Görkəmli pedaqoq, musiqişünas və rəssam Ərtoğrol Cavid-100” adlı elmi konfrans keçirilib.

   Tədbiri giriş sözü ilə açan ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev bildirib ki, Ərtoğrol Cavid musiqişünas, rəssam və tədqiqatçı kimi Azərbaycan mədəniyyətində zəngin irs yaradıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 aprel tarixli Sərəncamı ilə Ərtoğrol Cavidin 100 illik yubileyi qeyd olunur.

  Qeyd edib ki, o, qısa ömür sürsə də, çoxşaxəli və zəngin fəaliyyəti ilə tanınıb. Ərtoğrol Cavid Azərbaycan Pedaqoji İnstitutundan məzun olduqdan sonra musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyovun sinfində davam etdirib, eyni zamanda konservatoriyanın nəznindəki musiqi məktəbində dərs deyib, gənc tədqiqatçı kimi musiqi folkloru nümunələrinin toplanması və tədqiqində iştirak edib. Musiqi Elmi-Tədqiqat Kabinetində çalışdığı vaxtlarda Azərbaycanın ayrı-ayrı regionlarından toplanmış müxtəlif janrlı folklor nümunələri, eləcə də şifahi xalq ədəbiyyatına dair bəzi tədqiqat əsərləri barədə dəyərli elmi rəylər də yazıb.

Daha sonra “Azərbaycan dili və ədəbiyyat” kafedrasının dosenti Aypara Behbudovanın “Ədəbi - bədii irsi zəngin və bənzərsiz şəxsiyyət” mövzusunda və Pedaqoji fakultənin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyevanın “Ərtoğrol Cavid - yarımçıq qalmış ömrün notları” mövzusunda çıxışları dinlənilib.

Sonda görkəmli pedaqoq, musiqişünas, rəssam Ərtoğrol Cavidin həyat və yaradıcılığı haqqında slayd nümayiş olunub.