Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Naxçıvan” Universitetində “Elm və təhsildə informasiya texnologiyalarının rolu” mövzusunda onlayn konfrans keçirilib

  “Naxçıvan” Universitetində Riyaziyyat və informatika kafedrasının təşkilatçılığı ilə “Elm və təhsildə informasiya texnologiyalarının rolu” mövzusunda onlayn elmi-praktik konfrans keçirilib.

Onlayn konfransı giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, “Naxçıvan” Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu açaraq bildirib ki, müasir dünyada elmi və texnoloji inkişaflar bir tərəfdən yeni təhsil ehtiyacları yaratmaqda, digər tərəfdən də təhsil tətbiqlərinə yeni imkanlar təqdim etməkdədir. Mövcud vəziyyətlə əlaqədar olaraq "Naxçıvan" Universitetində tədrisin təşkili günün tələblərinə uyğun olaraq ən yüksək səviyyədə aparılır. Məhz müasir informasiya texnologiyalarının tətbiqinin bariz nümunəsidir ki, koronovirus pandemiyası dövründə universitetdə tədrisin təşkilində heç bir problem yaranmamışdır. Bütün fənlər üzrə dərslər onlayn və videodərslər vasitəsilə tələbələrə ən yüksək səviyyədə çatdırılmışdır.

Daha sonra universitetin Riyaziyyat və informatika kafedrasının müəllimləri, professor Cavanşir Zeynalovun “İnformasiya texnologiyalarının həyatımızda rolu”, Səbinə Mahmudovanın “Süni intellekt yaxud idrakımızın zirvəsi” və Həsən Nəcəfovun “İnformatika və süni intellekt problemi” mövzusunda çıxışları dinlənilib.

Bildirilib ki, müasir dövrdə İKT-nin inkişaf etdirilməsi hər bir ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindən biridir və bu prosesin zəruriliyi indiki qloballaşma dövründə daha çox hiss olunur. İKT-nin təhsildə tətbiqi Azərbaycan vətəndaşlarının müasir biliklərə və bacarıqlara malik olan yeni nəslinin formalaşmasına birbaşa təsir edən yüksək mahiyyətli məsələdir. Məhz bu səbəbdən son illər təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi və təhsildə İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması ölkəmizdə prioritet istiqamətlərdən biri olub.

Sonda telekonfrans iştirakçılarının sualları cavablandırılıb.