Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Naxçıvan” Universitetində “Coğrafiyada ənlər və ilklər” mövzusunda viktorina keçirilib

  “Naxçıvan” Universitetində Təbiət elmləri kafedrasının təşkilatçılığı ilə “Coğrafiyada ənlər və ilklər” mövzusunda onlayn viktorina keçirilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, “Naxçıvan” Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu açaraq bildirib ki, mövcud vəziyyətlə əlaqədar olaraq ali təhsil ocağında bütün fənlər üzrə dərslər onlayn və videodərslər vasitəsilə tələbələrə ən yüksək səviyyədə çatdırılır. Universitetdə tədrisin təşkili tam planlı şəkildə onlayn formada davam edir. Tələbələrin evdə asudə vaxtlarının səmərəli keçirilməsi baxımından belə onlayn intellektual oyunların keçirilməsinin önəmli olduğunu bildirən prorektor viktorina iştirakçılarına uğurlar arzulayıb.

Daha sonra Təbiət elmləri kafedrasının müəllimi Əli Qurbanov onlayn formada keçirilən intellektual oyunun şərtlərini açıqlayıb. 

3 raunda keçirilən viktorinada hər raundda 20 sual olmaqla (Final raunda 10 sual) toplam tələbələr 50 sualı cavablandırıblar.

Qaliblər münsiflər heyəti tərəfindən müəyyənləşdirilib. Nəticələrə əsasən, Pedaqoji fakültənin “Coğrafiya” ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Gülsüm Qasımova I yerə, II kurs tələbəsi Şəbnəm Qafarova II yerə, I kurs tələbəsi Nəsirov Ramin və II kurs tələbəsi Cəfərov Murad isə III yerə layiq görülüblər.

Sonda “Naxçıvan” Universitetinin elmi katibi, dosent Əli Həşimli çıxış edərək onlayn intellektual oyunların əhəmiyyətindən danışıb. Belə oyunların tələbələrin intellektual səviyyəsinin, bilik və məlumat bazasının möhkəmlənməsində xüsusi rolu olduğunu qeyd edib.