Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Naxçıvan” Universitetində “Azərbaycanda Rektorlar Konfransı”nın layihəsi olan ECAR layihəsinin təqdimatı keçirilib

  Tədbiri giriş sözü ilə açan universitetin rektoru, dosent Nurlana Əliyeva bildirib ki, “Naxçıvan” Universiteti Avropa Komissiyasının Erasmus + proqramı çərçivəsində Ali Təhsildə Potensialın gücləndirilməsi profili üzrə qrant müsabiqənin qalibi , “Azərbaycanda Rektorlar Konfransı”nın layihəsi olan ECAR layihəsinin Naxçıvanda yeganə tərəfdaşıdır.

  Rektor dünyada gedən əsaslı dəyişikliklər və rəqəmsallaşma şəraitində təhsilimizin qarşısında dayanan yeni çağırış və tələblərdən irəli gələn məsələlərin həlli üçün beynəlxalq səviyyədə universitetlərarası əməkdaşlığın vacibliyini vurğulayıb. Bununla yanaşı, Azərbaycanda ali təhsilin Avropa ali təhsil məkanına inteqrasiyasının sürətləndirilməsi, Ali təhsil müəssisələri və digər maraqlı tərəfdaşlar arasında əməkdaşlıq, şəbəkə, ünsiyyət səviyyəsinin effektivliyinin artırılması, ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin genişləndirilməsi və universitetlərin beynəlxalq proqramlara daha fəal cəlb olunmasının əhəmiyyətindən danışıb.

  “Azərbaycanda Rektorlar Konfransı” adlı layihənin Avropanın qabaqcıl və müsbət təcrübəsinin ölkəmizdə tətbiqinin önəmini vurğulayan rektor, 3 il müddətinə həyata keçiriləcək bu layihənin ali təhsil sisteminin inkişafına yeni töhfələr verəcəyini deyib.
 
 
  Sonra universitetin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli layihə haqqında ətraflı məlumat verib. Layihənin məqsədi, tərəfdaşları, büdcəsi barədə danışan məruzəçi bildirib ki, bu vasitə həm də əvvəllər Azərbaycanda fəaliyyət göstərmiş Rektorlar Şurasının bərpa olunmasına zəmin yaranacaqdır. Bundan başqa milli inkişaf strategiyalarına uyğun olaraq universitetlər arasında hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsi, layihələrin təşviq edilməsi, ən yaxşı təcrübə və əməkdaşlığın milli səviyyədə paylaşılması, eyni zamanda tədqiqatçılar, müəllim heyəti. Tələbələr və rəhbərlik arasında ortaq proqramlar yaratmaq, artan mobilliyi asanlaşdırmağı hədəfləyən milli şəbəkənin formalaşdırılması prosesində layihənin önəmi də xüsusi qeyd olunub.
 
 
  Tədbirin sonunda iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.