Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Güzəştlər

500 baldan yuxarı toplayan tələbələr 100%, 450-499 bal toplayan tələbələr 75%, 400-449 bal toplayan tələbələr 25% güzəştə düşürlər

DAHA ƏTRAFLI

“Naxçıvan” Universitetində “Azərbaycan kinosu” mövzusunda tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi "2015-ci il iyulun 27-də imzaladığı Sərəncamın icrası ilə bağlı 10 aprel 2019-cu il tarixdə Naxçıvan  Dövlət  Film Fondunun əməkdaşları  “Azərbaycan kinosu” mövzusunda  “Naxçıvan” Universitetinin tələbələri ilə görüşüb.

Görüş zamanı Xarici dillər fakültəsinin dekanı Yasin Babazadə “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamdan irəli gələn vəzifələri nəzərə çatdırıb. Qeyd edilib ki, ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi bilikli və təcrübəli gənc kadrların hazırlanmasına böyük imkanlar yaradacaqdır.

Daha sonra “Azərbaycan kinosu tarixi” mövzusunda Naxçıvan Dövlət Film Fondunun direktoru Mirakif Seyidov çıxış edib. Çıxış zamanı Azərbaycan kinosunun tarixi, keçdiyi inkişaf yolu haqqında tələbələrə məlumat verilib.

Sonda “Azərbaycan kinosu” ilə bağlı sənədli filmin nümayişi keçirilib.