Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Güzəştlər

500 baldan yuxarı toplayan tələbələr 100%, 450-499 bal toplayan tələbələr 75%, 400-449 bal toplayan tələbələr 25% güzəştə düşürlər

DAHA ƏTRAFLI

“Naxçıvan” Universitetində “Azərbaycan dilində adların formadüzəldici şəkilçi morfemləri” kitabının təqdimat mərasimi keçirilib

9 aprel 2019-cu il tarixdə “Naxçıvan” Universiteti Kitabxanasının Sərgi və konfrans zalında Elbrus Vəliyevin və Nicat Yaqubovun  “Azərbaycan dilində adların formadüzəldici şəkilçi morfemləri” kitabının  təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə universitetinin prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu açaraq kitabın müəlliflərini təbrik etmiş və kitabın əhəmiyyətindən danışmışdır. Bildirib ki, Azərbaycan dilində sözün morfoloji quruluşu söz-formaları düzəltməyin xüsusi üsulu olan iltisaqiliklə sıx bağlıdır. Məhz bu cəhətinə görə Azərbaycan dili, eləcə də türk dilləri dünyanın digər dil ailələrindən fərqlənir. Dərs vəsaitində Azərbaycan dilində formadüzəldən şəkilçi morfemlərin təsnifi, şəkilçi morfemlərin dilin qrammatik quruluşunda tutduğu mövqe, onların yerinə yetirdiyi funksiyalar və bir sıra məsələlər araşdırılıb.Bu baxımdan kitabı müasir təhsil sistemmizdə dilçiliy elminin inkişafı üçün önəmli bir vəsait hesab etmək olar.

Təqdimat mərasimində filologiya üzrə fəlsəfə doktoru, dosent Arifə Zeynalovanın, filologiya üzrə fəlsəfə doktoru, dosent  Qalibə Hacıyevanın, universitetin “Azərbaycan dili və ədəbiyyat” müəllimliyi ixtisası üzrə II  kurs tələbələri  Röya Quliyevanın və Günel Əlizadənin çıxışları dinlənilib.Bildirilib ki, müasir Azərbaycan dili fənnin tədrisi zamanı tələbələr  bu kitabın imkanlarından istifadə edərək dilin qrammatik normalarını daha səmərəli üsulla öyrənə bilərlər.

Qeyd edək ki, kitab 136 səhifə, 6 bölmədən ibarətdir. Kitabın elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor Akif İmanlıdır.