Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Naxçıvan” Universitetində “Azərbaycan dilçiliyinin müasir problemləri” mövzusunda elmi konfrans keçirilib

  Konfransı giriş sözü ilə universitetin elmi katibi, dosent Əli Həşimli açaraq, Azərbaycan dilinin tarixindən danışıb. Bildirib ki, bu dil çoxəsrlik inkişaf yolu keçmiş, qədim və zəngin bir dildir. Səfəvilər dövründə Azərbaycan dilinin rəsmi dairələrdə dövlət dili kimi istifadə olunduğunu xatırladan dosent bu dilin “Dədə Qorqud” və “Koroğlu” dastanlarından başlayaraq, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Məmməd Araz, Hüseyn Cavid və digər görkəmli qələm sahiblərinin əsərlərində zənginləşib, böyük sənətkarlarımızın yaradıcılıqları ilə daha da inkişaf etdiyini deyib. Bu dili bilməklə Qafqazda rahat səyahət etməyin mümkün olduğunu yazan əski mənbələr dilimizin qədim tarixini, həmçinin regionun aparıcı dillərindən biri olduğunu sübut edir. Məruzəçi qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövründən başlayaraq Azərbaycan dilinin inkişafı istiqamətində məqsədyönlü iş aparıb, mövcud tarixi təcrübəni və müasir dövrün tələblərini nəzərə alaraq mükəmməl dil siyasəti həyata keçirib. Ölkəmiz müstəqillik qazanandan sonra bütün sahələrdə olduğu kimi, dil sahəsində də yeni qanunların qəbul edilməsi, ana dilimizin qorunması, inkişaf etdirilməsi, bütün idarə və təşkilatlarda dövlət dili kimi tətbiq edilməsi istiqamətində qətiyyətli addımlar atılıb. 12 noyabr 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edilib. Həmçinin, böyük dövlət xadimi, ulu öndər Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” kimi qeyd olunur. Konfransda həmçinin qeyd olundu ki, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət dil siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının qəbul etdiyi çoxsaylı dövlət sənədləri müstəqil ölkəmizdə dövlət dili istiqamətində ardıcıl olaraq aparılan məqsədyönlü siyasətin məntiqi davamı, dilimizə dövlət səviyyəsində göstərilən qayğının ifadəsi olduğu bildirilib.

  Ardından çıxış üçün söz “Azərbaycan dili və ədəbiyyat” kafedrasının müəllimi, dosent Qənirə Əsgərovaya verilib. Bədii dilin zənginləşməsində təkrarların rolundan danışan məruzəçi bildirib ki, dilçilik elmində eyni sözün iştirakı ilə formalaşan təkrarlar əsl təkrar hesab olunur. Daha çox məişət nitqi və bədii üsluba xas olan tam təkrarların bədii mətnin məna yükünü daşımaqda, fikri tamamlamaqda rol oynadığı, bu cür sözlərlə formalaşan mürəkkəb nitq hissələrinin həm səslənməsi, həm də mənasının çoxaldığı vurğulanıb.

  Konfransda “Azərbaycan dilçiliyinin fonem problemləri”ndən danışan kafedranın baş müəllimi Xuraman Hacızadə isə ilk olaraq fonologiya və onun tədqiqi haqqında məlumat verib. Bildirib ki, dilimizin səs sistemi keçən əsrdən xüsusi olaraq tədqiqata cəlb edilib. Lakin bununla bərabər bəzi məsələlərin dəqiqləşməsi, fonoloji problemlərin həlli və tədqiqatların daha da dərinləşdirilməsinə ehtiyac olduğunu bildirən məruzəçi, bu sahə üzrə tədqiqatların iyirminci əsrin birinci yarısından başlandığını, fenoloji problemlərlə bağlı əsərlər yaransa da, Azərbaycan dilinin fonologiyasının bir elm kimi 1960-cı illərdən sonra inkişaf etməyə başladığını xatırladıb. Xuraman Hacızadə  müxtəlif müəlliflərin bu sahədə apardığı tədqiqatları müqayisəli şəkildə konfrans iştirakçılarının diqqətinə çatdırıb.

  Sonda konfrans iştirakçılarının mövzularla bağlı suallarına aydınlıq gətirilib.