Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Naxçıvan” Universitetində “Ayrılarmı könül candan” ədəbi-bədii kompozisiyası nümayiş olunub

 “Naxçıvan” Universitetində yeni yaradılmış Miniatür Tələbə Teatr Studiyasının təşkilatçılığı ilə “Ayrılarmı könül candan” ədəbi-bədii kompozisiyası nümayiş olunub. 
Kompozisiyasının nümayişi zamanı Məmməd Arazın, Məhəmmədhüseyn Şəhriyarın və digər ədiblərin şeirləri bədii qiraət edilib. Səhnələrdə şanlı Azərbaycan tarixinin keçdiyi yol və milli rəqslər nümayiş olunub.
  Kompozisiyanın nümayiş olunmasında əsas məqsəd qədim Azərbaycan tarixində baş vermiş hadisələri səhnələşdirməklə tarixi keçmişimizin dünəninə, bu gününə nəzər salmaqdır. Kompezisiyada nümayiş olunan səhnələr içərisində daha çox tamaşaçıların diqqətini Ulu öndər Heydər Əliyevlə bağlı səhnə çəkmişdir.
 
 
Nümayişin sonunda çıxış edən universitetin təlim və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu ədəbi-bədii konpezisiyanın səhnələşdirilməsində zəhməti olan hər kəsə təşəkkür etmiş və yeni yaradılmış Miniatür Tələbə Teatr Studiyasına uğurlar azulamışdır.
Qeyd edək ki, ədəbi-bədii kompozisiyasının ssenari rəhbəri və quruluşçu rejissoru Zakir Fətəliyevdir.