Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Naxçıvan” Universitetində “31 Mart Azərbaycanlıların soyqırımı günü”nə həsr olunmuş tədbir keçirilib.

   Tədbiri universitetin rektoru, dosent Nurlana Əliyeva giriş sözü ilə açıb. Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra çıxışına davam edən rektor bildirib ki, ermənilər əsrlər boyu xalqımıza qarşı soyqırım cinayətləri törədiblər. Böyük bir nifrətlə, xüsusi amansızlıqla törədilən bu soyqırımlar erməni xislətinin əsl mahiyyətini aydın şəkildə sübut edir. Erməni vəhşiliklərinin izlərini daşıyan belə tarixlərdən biri də 1918-ci il 31 mart Azərbaycanlıların soyqırımı günüdür. Rektor xatırladıb ki, 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanla erməni millətçilərinin cinayətkar əməllərinə dolğun və hərtərəfli siyasi qiymət verildi. Bu fərmanla ermənilərin Azərbaycan xalqının başına gətirdiyi müsibətlər dünyaya bəyan edilib.

     Həmin hadisələr haqqında məlumat verən Nurlana Əliyeva bildirib ki, bu tarixdən əvvəl də, sonra da soyqırım və terrorizm siyasəti ermənilər tərəfindən davam etdirilib. Daha müasir tariximizdə törədilən Xocalı faciəsi və 44 günlük müharibə dövründə Gəncə və Bərdə şəhərlərində,yenə də silahsız, dinc sakinlərin hədəf alınması bunun əyani sübutudur. Lakin qürurla qeyd etmək olar ki, qazanılan qələbə ilə düşmənə hər sahədə güclü zərbə vuruldu. Qazanılan möhtəşəm qələbə ilə həm də soyqırım qurbanlarının qisası alındı. Erməni xisləti dünya miqyasında ifşa olundu. Dünya haqq səsimizi eşitdi.

     Sonra çıxış üçün söz “Ümumi tarix” kafedrasının dosenti Elçin Zamanova verilib. Soyqırım siyasətinin mahiyyəti haqqında danışan tarixçi, iştirakçılara bu siyasətin müxtəlif dövrlərdəki izlərini bir daha xatırladıb. Müxtəlif illərdə törədilən qanlı cinayətlər haqqında danışıb. Müxtəlif müəlliflər tərəfindən yazılan, tarixi faktlarla zəngin kitabları təqdim edib və əsərlərdə yazılan əsas məqamlardan bəzilərini diqqətə çatdırıb. Qeyd edib ki, Osmanlı arxivlərindəki  rəsmi faktlara əsasən söyləmək olar ki, təkcə 1917-1920-ci illərdə 520.000 insan erməni vəhşiliyinin qurbanı olub. Bu gün dünya miqyasında erməni yalanlarının, tarixi saxtakarlığının ifşası ilə bağlı kifayət qədər fakt və əsərlərin olduğunu bildirib.

     İştirakçıların suallarına cavab verildikdən sonra söz tələbələrə verilib. Tarix müəllimliyi ixtisasının tələbələri Elyar Əhmədov və Sənan Abdullalı müxtəlif illərdəki soyqırım hadisələri, erməni terroru haqqında çıxış ediblər.

    Tədbirin sonunda universitetin rektoru, dosent Nurlana Əliyeva bildirib ki, tariximizi unutmamaq, ondan dərs çıxarmaq üçün gənclərin maarifləndirilməsi böyük önəm daşıyır. Buna görə də tələbələrin tariximizi yaxşı öyrənməyə borclu olduğunu bildirib. Onlara bu yolda uğurlar arzulayıb.