Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Naxçıvan” Universitetində “Şəbəkə texnologiyalarının müasir inkişaf tendensiyaları” mövzusunda elmi-praktik konfrans keçirilib

  Konfransı giriş sözü ilə açan “Riyaziyyat və informatika” kafedrasının müdiri Səfa Əliyev bildirib ki, texnologiyanın inkişaf etdiyi bir dövrdə şəbəkə texnologiyalarının mühüm əhəmiyyəti vardır. Yarandıqları gündən daima yenilənən kompüterlər yalnız sistem olaraq deyil, həm də şəbəkə, proqram və digər əlavə vasitələrlə təminatına görə xeyli dəyişikliyə uğrayıblar. Texniki baxımdan zəif və bahalı komponentlərdən ibarət olan ilk kompüterlərin quraşdırılması üçün vahid standartlar da yox idi. Bundan başqa bir neçə kompüter arasında məlumat ötürülməsi və resursların səmərəli bölüşdürülməsi də əsas problemlərdən idi. Bu problem sonraki dövrlərdə yaranan şəbəkə texnologiyalarının köməyi ilə aradan qalxdı. İlk olaraq elmi, hərbi və ticarət sahələrini inkişaf etdirmək məqsədi ilə istifadə olunan şəbəkələr zamanla daha geniş kütlə üçün əlçatan oldu. Bir neçə növü olan bu texnologiyalar bu gün də inkişaf edir, yenilənir, daha da genişlənir.

  Konfransda növbəti olaraq çıxış edən kafedranın müəllimi İlham Süleymanov şəbəkələr haqqında ətraflı məlumat verib. Onların iş prinsipi, növləri, tətbiqindən danışıb. Müasir nəsil şəbəkələrin bir neçə meyara görə bölündüyünü deyən məruzəçi, ərazi bölgüsü ilə onların qlobal, yerli, regional şəbəkələrə, sürət baxımından isə yüksək, orta, aşağı sürətli şəbəkələrə bölündüyünü bildirib. Bu sahənin insan həyatındaki əhəmiyyətini vurğulayıb.

  “Elektron universitet və onun imkanları”ndan danışan kafedranın baş laborantı Nazlı Əjdərova deyib ki, elektron universitet tədris prosesinin çevik, şəffaf və obyektiv idarə edilməsinə şərait yaradır. Bu vasitə ilə tələbələr tədris strukturlarını, avtomatlaşdırılmış alt sistemlərini özündə birləşdirən vahid informasiya mühitində istənilən fənn üzrə materialları əldə edə, müəllimlərin mühazirələri ilə tanış ola bilirlər. Elektron universitet ideyasının 1980-ci illərin ortalarında meydana gəldiyini deyən məruzəçi, bu təhsil metodunun artıq dünyada geniş tətbiq olunduğunu bildirib. İdarəetmə strukturuna görə bimodal (on-off-campus), distant (off-campus), konsorsium olmaqla üç növdə icra olunduğunu qeyd edib. Elektron universitetin mənfi və müsbət cəhətlərindən danışıb.

  Konfransda son olaraq “İnformasiya texnologiyaları” ixtisasının 2-ci kurs tələbəsi Səma Məmmədovanın “Sosial şəbəkələr” mövzusundaki çıxışı dinlənilib. Məruzədə sosial şəbəkələrin yaranma tarixi, geniş istifadə olunan şəbəkələrin iş prinsipi, onların mənfi və müsbət cəhətləri barədə ətraflı məlumat verilib.

  Konfransın sonunda iştirakçıların sualları cavablandırılıb.