Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Naxçıvan” Universitetində şair və yazarlarla tələbələrin görüşü keçirilib

“Naxçıvan” Universitetində Naxçıvanda yaşayıb-yaradan şair və yazıçılarla görüş olub.

   Tədbiri giriş sözü ilə açan universitetin prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu bildirib ki, Azərbaycan ədəbiyyatı tarixən özünəməxsus xüsusiyyətləri və ənənələri ilə seçilib. Tarixin bütün dövrlərində Naxçıvanda yaşayıb-yaradan yazıçı və şairlər ədəbiyyatımıza öz töhfələrini veriblər.

   Prorektor Muxtar Respublikada elmi mühitin inkişafı üçün hərtərəfli şəraitdən bəhrələnən yazarlarla belə görüşlərin keçirilməsinin tələbələrin dünyagörüşündə əhəmiyyətli rol oynadığını vurğulayıb.

    Sonra Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, şair Asim Yadigar çıxış edərək bildirib ki, görüşün keçirilməsində məqsəd son illərdə muxtar respublikada geniş vüsət alan inkişaf və tərəqqi haqqında söhbət açmaq, bu prosesin ədəbiyyatda salnaməsini yaradan qələm sahiblərinin fəaliyyəti barədə danışmaq, tələbələrə müasir yazar və şairlərimizi daha yaxından  tanıtmaqdır. 

    Tədbirdə Yazıçılar Birliyinin üzvlərindən Asim Yadigar, İbrahim Yusifoğlu, Əbülfəz Ülvi, Həsənəli Eyvazlı, Zeyqəm Vüqar, Elxan Yurdoğlu ümummilli lider Heydər Əliyevə, Azərbaycana, Naxçıvana, Vətənə həsr etdikləri şeirlərindən nümunələr səsləndiriblər. Qələm ustadları Muxtar Respublikada yaradıcı insanlara göstərilən dövlət qayğısından danışıblar. Qədim diyarımızın bugünkü inkişaf və tərəqqisinin onlar üçün ilham mənbəyi olduğunu və bunu öz əsərlərində qələmə aldıqlarını qeyd ediblər.

Daha sonra Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi tərəfindən gətirilən kitablar ali təhsil ocağının kitabxanasına hədiyyə olunub.

Sonda xatirə şəkli çəkdirilib.