Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Güzəştlər

500 baldan yuxarı toplayan tələbələr 100%, 450-499 bal toplayan tələbələr 75%, 400-449 bal toplayan tələbələr 25% güzəştə düşürlər

DAHA ƏTRAFLI

“Naxçıvan” Universitetində ötən ilin yekunları müzakirə edildi

“Naxçıvan” Universitetində 2018-ci ilin yekunları və qarşıda duran vəzifələrə dair yığıncaq keçirilmişdir. Yığıncağı giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açaraq bildirmişdir ki, Naxçıvanda fəaliyyət göstərən bütün müəssisələr kimi “Naxçıvan” Universiteti də 2018-ci ildə öz işini muxtar respublika rəhbərliyinin müəyyən etdiyi dövlətçilik və sosialyönümlü prinsiplər əsasında qurmuş və hesabat ilində bir sıra müvəffəqiyyətlərə nail olunmuşdur. 2018-ci ildə universitetdə 4 fakültə,  10 kafedra, 6  şöbə, 4 mərkəz fəaliyyət göstərmişdir. Hesabat ilində “Naxçıvan” Universitetində bakalaviriat səviyyəsində 15 ixtisas üzrə 1034 nəfər tələbə  təhsil almışdır. Məlumat üçün qeyd edək ki, 2018-2019-cu tədris ilində universitetə tələbə qəbulu ötən illə müqayisədə 30 faiz artmışdır. Rektor onu da vurğulamışdır ki,ali təhsil ocağında kadr hazırlığı ilə 88 nəfər professor müəllim heyəti məşğul olur ki, onlardan 3 nəfəri elmlər doktoru,professor,20 nəfəri isə fəlsəfə doktoru, dosent, 65 nəfəri isə baş müəllim və ixtisaslı müəllimlərdir. O da diqqətə çatdırılmışdır ki, 2015-ci ildən etibarən “Naxçıvan” Universitetinin Elmi əsərlər” jurnalı nəşr olunmaqdadır.Həmçinin onu da qeyd edək ki, “Elmi əsərlər” jurnalı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komisssiyasının qərarı ilə “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyyə edilən dövrü elmi nəşrlərin siyahısı”na daxil edilmiş, beynəlxalq kod almışdır.
2018-ci ildə digər sahələrdə olduğu kimi beynəlxalq əlaqələr sahəsi üçün də uğurlu olmuşdur. Cari ildə bu şöbə beynəlxalq təlim və proqramlarda,müxtəlif sərgilərdə iştirak etmiş, istər universitetin tanıtımı, istərsə də ikitərəfli əlaqələrin qurulması və inkişafı baxımından mühüm işlər görülmüşdür. Belə ki, hesabat ilində “Naxçıvan” Universiteti Pakistanın Superior Universiteti, Banqladeşin Daffodil Beynəlxalq Universiteti  və Karaçinin ”Karaçi” Xarici Əlaqələr Şurası, İqra Universiteti və Qazaxıstanın Əhməd  Yasəvi Universiteti ilə müqavilə imzalayaraq yeni əməkdaşlıq  əlaqələri qurmuşdur. Mövcud müqavilələrə uyğun olaraq Qazaxıstan Respublikasının Əhməd Yasəvi Universitetinin müəllimi Aktolkin Abubəkirova 2018-2019-cu tədris ilinin birinci yarısında bir ay müddətində “Turizm və otelçilik” ixtisasında iki fəndən məşğələ aparmışdır. Bundan başqa, ötən ilin fevral ayında universitet Avrasiya Universitetlər  Birliyinin təşkilatçılığı ilə İstanbulda keçirilən təhsil sammitində , oktyabr ayında isə “Akare” təhsil sərgisində iştirak etmişdir.