Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

“Naxçıvan” Universitetinə qəbul olunmuş abituriyentlərin nəzərinə!

  2021-2022-ci tədris ilində “Naxçıvan” Universitetinə qəbul olunmuş tələbələr aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tam orta (ixtisas) təhsili haqqında sənədin əsli (Attestat və ya diplom)

  2. Şəxsiyyət vəsiqəsinin əsli və surəti

  3. Ödənişli əsaslarla qəbul olunanlar portal.edu.az elektron bölməsindən qeydiyyatdan keçdikdən sonra təhsil haqqını “Hökumət ödəniş portalı” vasitəsilə (bu xidmət mövcud olan istənilən bankdan ödəniş etmək mümkündür) və ya portal.edu.az elektron platforması vasitəsilə açılmış şəxsi kabinetlərindən əmək haqqı kartı və ya digər ödəniş kartları vasitəsilə ödəyə bilərlər.

  4. Hərbi bilet və ya çağırışçı şəhadətnaməsi (oğlanlar üçün)

  Tələbələr portal.edu.az elektron platformasından qeydiyyatdan keçmək üçün “Tələbələrə Dəstək Mərkəzləri”nə müraciət edə bilərlər.

  1. Abşeron – Xırdalan şəhər 1 №-li məktəb – lisey

  2. Bakı – Binəqədi rayonu 248 №-li orta məktəb

  3. Bakı – Nərimanov rayonu 200 №-li orta məktəb

  4. Bakı – Nərimanov rayonu 39 №-li orta məktəb

  5. Bakı – Nizami rayonu 62 №-li orta məktəb

  6. Bakı – Səbail rayonu 132 və 134 №-li təhsil kompleksi

  7. Bakı – Yasamal rayonu 18 №-li məktəb

  8. Bakı – Yasamal rayonu 225 №-li tam orta məktəb

  9. Bakı – Yasamal rayonu 53 №-li tam orta məktəb

  10. Lənkəran – 4 №-li məktəb

  11. Mingəçevir – R.Muradov adına Texniki Humanitar

  12. Sumqayıt 31 №-li tam orta məktəb

  13. Sumqayıt Təbiət Elmlər təmayüllü gimnaziya

  14. Şəki 18 №-li məktəb

  15. Gəncə şəhəri 1 №-li məktəb

  16. Gəncə şəhəri 39 №-li məktəb

  17. Nəsimi rayonu – 23 №-li məktəb

  18. Bərdə Akad.Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-lisey

  19. Quba 2 №-li tam orta məktəb

  20. Şirvan 10 №-li tam orta məktəb

  21. Heydər Əliyev adına tam orta məktəb

  22. Naxçıvan şəhər 11 №-li tam orta məktəb

  23. Şərur rayon Təhsil Şöbəsi

  24. Babək 2 №-li tam orta məktəb

  25. Ordubad rayon Təhsil Şöbəsi

  26. Culfa rayon Təhsil Şöbəsi

  27. Kəngərli rayon Təhsil Şöbəsi

  28. Şahbuz rayon Təhsil Şöbəsi

  29. Sədərək rayon Təhsil Şöbəsi

QEYD: Universitetdə vahid geyim forması mövcuddur. Tələbələr tədris prosesi başlananadək forma almaq üçün müraciət etməlidirlər. Geyim formalarını əldə etmək üçün qızlar Naxçıvan şəhər Tikiş Fabrikinə, oğlanlar “Cahan” Ticarət Mərkəzində 100 №-li mağazaya müraciət edə bilərlər.

Əlavə məlumat üçün “Naxçıvan” Universitetinin Tədris Şöbəsinə müraciət edə bilərsiz.

Əlaqə nömrəsi: (036) 545 – 57 – 01