Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Naxçıvan” Universiteti tərəfindən “Naxçıvan Muxtar Respublikasında ərzaq təhlükəsizliyi: yerli istehsal və uğurlu nəticələr” mövzusunda konfrans təşkil olunub

  Konfransı giriş sözü ilə açan “Naxçıvan” Universitetinin rektoru Nurlana Əliyeva bildirib ki, etibarlı ərzaq təminatı iqtisadi sabitliyin və sosial dayanıqlılığın əsas şərtidir. Məhz buna görə də, Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkənin ərzaq təhlükəsizliyi məsələsini daim diqqət mərkəzində saxlayıb və bu məsələnin gələcək nəsillər üçün olduqca vacib və aktual olduğunu nəzərə alaraq, ərzaq təhlükəsizliyi məsələsini özünün dövlətçilik strategiyasının əsas elementləri sırasına daxil edib.

  Rektor Ulu Öndərin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatı məsələsini özünün iqtisadi strategiyasının əsas komponenti kimi, daim diqqət mərkəzində saxladığını vurğulayıb, ölkəmizin sürətlə inkişaf etdiyini bildirib.

  Konfransda “Naxçıvan” Universitetinin prorektoru Hüseyn Bağırsoylu “Pandemiya dövründə dünya birliyini gözləyən qlobal, regional və milli ərzaq təhlükəsizliyinin vəziyyəti ilə bağlı çətinliklər” mövzusunda çıxış edərək bildirib ki, bu gün bütün dünyada bu sahədə ciddi problemlər yaşanır. Ancaq ölkəmizdə və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasında aparılan düzgün siyasət nəticəsində ərzaq təhlükəsizliyi tam təmin olunub. Prorektor qeyd edib ki, bu gün muxtar respublikamızda hər bir vətəndaşın yüksək keyfiyyətli ərzaq məhsulları ilə etibarlı təminatı, bu sahədə makroiqtisadi sabitliyə əsaslanan daha yüksək və davamlı inkişafın əldə olunması və onun müasir tələblər səviyyəsində idarə edilməsi dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindəndir. Son illərin təcrübəsi göstərir ki, muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatlar kontekstində kənd təsərrüfatı məhsulları istehsalının artırılması ilə bağlı atılan uğurlu addımlar bəhrəsini verməkdədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı müvafiq sərəncamlar, qəbul edilmiş dövlət proqramları muxtar respublikanın sosial-iqtisadi inkişafına və əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına rəvac verib.

  “Ərzaq təhlükəsizliyinin təmin edilməsində yerli istehsal müəssisələrinin rolu” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi təhlil və proqnazlaşdırma şöbəsinin müdiri Anar Cəfərov keçirilən konfransın mahiyyətinə toxunaraq sənaye və kənd təsərrüfatı sektorunun inkişafı sahəsində İqtisadiyyat Nazirliyi tərəfindən görülən işlər, həyata keçirilən layihələrdən danışıb.

  Ardından Naxçıvan Dövlət Universitetinin əməkdaşı Teymur Abbasov “İnnovasiyalı və dayanıqlı iqtisadiyyatda davamlı inkişaf Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunmasında əsas şərtdir” mövzusunda çıxış edib.

  Konfrans bölmə iclasları ilə davam edib.