Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Naxçıvan” Universiteti ilə Muğla Sıtkı Koçman Universiteti birgə əməkdaşlığı genişləndirir

   Dünyanın bir sıra qabaqcıl universitetləri ilə əməkdaşlıq edən “Naxçıvan” Universiteti Türkiyənin Muğla Sıtkı Koçman Universiteti ilə birgə əməkdaşlığı genişləndirir.

   Bu məqsədlə Türkiyədə səfərdə olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, “Naxçıvan” Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu Muğla Sıtkı Koçman Universitetinin həmtəsisçisi, eyni zamanda Tibb fakültəsinin dekanı, Muğla Sıtkı Koçman Xəstəxanasının baş həkimi, Türk Ortopedi və Travmatoloji Birliyinin sədri Prof. Dr. Nevres Hürriyet Aydoğan ilə görüş keçirib.

   Beynəlxalq konfransların təşkili, universitetə tələbə cəlbi, təhsilin modernləşməsi və bir çox sahədə danışıqlar aparılmışdır. Hüseyn Bağırsoylu “Naxçıvan” Universitetində tələbələr üçün yaradılmış müasir tədris imkanları barəsində məlumat vermiş, Azərbaycanda, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında tibb sahəsinin inkişafına göstərilən dövlət qayğısından danışmışdır.

   Görüş zamanı universitetin bütün maddi-texniki bazası Hüseyn Bağırsoyluya göstərilmiş, müəllim və tələbə mübadiləsi üçün ilkin razılıqlar əldə edilmişdir.

Qeyd edək ki, “Naxçıvan” Universiteti dünyanın 51 ali təhsil ocağı ilə əməkdaşlıq edir və bir sıra beynəlxalq layihələrin üzvüdür.