Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR
 
  “10 Noyabr Dağlıq Qarabağ atəşkəs bəyanatı və Zəngəzur dəhlizi” mövzusunda keçirilən tədbiri giriş sözü ilə universitetin rektoru, dosent Nurlana Əliyeva açıb. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsil müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar olaraq müxtəlif qurumlarla tələbələrin vaxtaşırı görüşləri keçirilir. Bu gün keçirilən tədbir Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin tələbələrlə növbəti görüşüdür.
 
  “Naxçıvan” Universitetinin kadr hazırlığına xüsusi diqqət etdiyini vurğulayan rektor deyib ki, ölkəmizin daha sürətli inkişafı üçün bu əsas amillərdəndir. Xüsusən İkinci Qarabağ Müharibəsi zamanı ölkə prezidenti İlham Əliyevin rəhbərliyi altında həm ordumuz, həm də siyasətçilərimizin düşməni hər iki sahədə ağır məğlubiyyətə uğradaraq, onu kapitulyasiya aktını imzalamağa məcbur etdiyini xatırladaraq, peşəkar diplomatlara hər zaman ehtiyac olduğunu bildirib. Buna görə də xüsusən tələbələrin siyasi biliklərinin artırılması baxımıdan belə tədbirlərin keçirilməsinin önəmini vurğulayıb.
 
 
  Sonra çıxış üçün söz Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Vüsal Ələkbərliyə verilib. İdarə rəisi ilk olaraq görüşün təşkili üçün universitet rəhbərliyinə təşəkkür edib. Azərbaycanın ulu öndərin sayəsində müstəqilliyini qoruyub saxladığını, ölkə prezidenti İlham Əliyev sayəsində isə ərazi bütövlüyünü bərpa etdiyini deyib, bu müharibənin tarixi önəmini xatırladıb. 44 günlük müharibədə 30 illik işğala son qoyulduğunu, düşmən tərəfindən uydurulan miflərin darmadağın edildiyini deyib. Vüsal Ələkbərli qeyd edib ki, ən az itki ilə, modern texnika, möhtəşəm hərbi manevrlər və əlbəttə əsgərlərimizin cəsarəti hesabına qalib olduğumuz müharibə bu gün dünyanın nüfuzlu hərbi məktəblərində öyrənilir.
 
 
  Tədbirdə növbəti olaraq çıxış edən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin əməkdaşı Mehdi Abdullayev “10 Noyabr Dağlıq Qarabağ atəşkəs bəyanatı” haqqında ətraflı məlumat verib. Deyib ki, Ermənistan tərəfinin dəfələrlə ölkəmizin ərazi bütövlüyünə qarşı törətdiyi təxribatlar , bu ölkə rəhbərliyinin verdiyi mənasız bəyanatların nəticəsi olaraq 27 sentyabr 2020-ci ildə "Dəmir Yumruq" adlı əks-hücum əməliyyatına başlandı. Son 30 ildə dünyanın yaratdığı cəzasızlıq mühitinə alışan düşmənə sarsıdıcı zərbə vuruldu. Ali Baş Komandanın da dediyi kimi, müxtəlif beynəlxalq təşkilatlar tərəfindən təmin oluna bilməyən ədaləti Azərbaycan özü təmin etdi. Bəyanatın mahiyyətindən danışan məruzəçi, sənədin tərəflərə təsiri haqqında ətraflı məlumat verib.
 
 
  Ardından İdarənin əməkdaşı Kənan Məmmədov Zəngəzur dəhlizinin gələcək perspektivlərindən danışıb. Bu dəhlizin təkcə ölkəmiz və region üçün deyil, dünya ölkələri üçün də əhəmiyyətli olduğunu deyib. Məruzəçi bildirib ki, dəhliz nəqliyyat yolunun qısalması, yeni investorların cəlbi, qərblə ticari əlaqələrin daha da genişləndirilməsi, Naxçıvan Muxtar Respublikasının blokadadan çıxması və.s. kimi bir çox məsələlərdə əhəmiyyətli rol oyanayacaq. Bu vasitə ilə eyni zamanda region ölkələri arasında ticarət və nəqliyyat əlaqələrinin artması, iqtisadi inkişafa nail olunacaq. Əgər Ermənistan tərəfi sülh və davamlı iqtisadi inkişaf yolunu seçərsə, yaranan bu geniş ticari əlaqələrdən o da bəhrələnəcək və çökmüş iqtisadiyyatını bərpa etmək şansı qazanacaq.
 
 
Sonda iştirakçıların mövzu ilə bağlı sulları cavablandırılıb.