Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Naxçıvan” Universiteti Elmi Kitabxanasının 2020-2021-ci tədris ilinin yekunlarına həsr olunmuş tədbiri keçirilib

  Tədbiri giriş sözü ilə açan kitabxananın müdiri Zamin Babazadə bildirib ki, “Naxçıvan” Universiteti Elmi Kitabxanasının xidmət göstərdiyi əsas kontingent-elmi işçilər, professorlar, müəllim və tələbələrdir. Hazırda 23 628 sayda informasiya daşıyıcısının saxlandığı kitabxanada 18 358 ədədi latın qrafikası, 3300 kril qrafikası ilə çap olunmuş, 1870 ədəd isə digər dillərdə olan ədəbiyyat vardır. Bunlardan 7371 ədədi dərslik və dərs vəsaiti, 11 431 ədəd universal xarakterli ədəbiyyat, 1476 ədədi qəzet və jurnal, 420 ədədi avtoreferat, 587-si isə audio-video materyaldır.

  Hesabat ilində kitabxanaya verilən çap məhsullarının təsnifat üzrə işləndiyini deyən məruzəçi bildirib ki, “Naxçıvan” Universitetinə aid olan bütün çap materyallarının kataloq və kartotekasının tərtib edilməsi prosesi davam etdirilir. Fondda olan kitabların mərtəbələr üzrə elektron kataloqu isə tam hazırlanmış, oxucuların istifadəsinə verilmişdir.

  Tədbirdə qeyd olunub ki,  2020-2021-ci tədris ilində bir çox tədbirlər, kitab müzakirələri, görüşlər keçirilmiş,  Elektron Kitabxana istifadəyə verilmişdir. Bundan başqa kitabxana əməkdaşları elmi fəaliyyətlə də məşğul olmuş, müxtəlif mövzularda 5-i xaricdə olmaqla, 18 elmi məqalə nəşr etdirmişlər.

  Sonra kitabxana əmədaşlarının aidiyyatı üzrə hesabatları dinlənilmiş, qarşıda duran məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.