Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Naxçıvan” Universiteti Elektron Kitabxanasının təqdimatı keçirilib

  Təqdimat mərasimində çıxış edən universitetin rektoru, dosent Nurlana Əliyeva bildirib ki, “Naxçıvan” Universitetinin Elmi Kitabxanası 1999-cu ildən fəaliyyətə başlamışdır. Bu kitabxana universitetin aparıcı struktur bölmələrindən biri olub, çap əsərlərini və digər informasiya daşıyıcılarını toplayıb, mühafizə edən, onların sistemli istifadəsini təşkil edən, muxtar respublikada elmi kadrların hazırlanmasında xüsusi rol oynayan elmi mərkəzdir. “Naxçıvan” Universitetinin kitabxanası oxuculara çap əsərlərindən və digər informasiya daşıyıcılarından səmərəli istifadə etmək məqsədilə kompleks kitabxana, biblioqrafiya və informasiya xidmətləri göstərir. Fondun elmi cəhətdən işlənməsini, kataloq və kartoteka sistemində əks olunmasını, kitabxana işinin avtomatlaşdırılması və kitabxana fondunun tədricən informasiya daşıyıcılarına köçrülməsini təşkil edir. Hər cür texniki avadanlıqlarla təchiz edilmiş kitabxanada müxtəlif elm sahələri üzrə qruplaşdırılmış 9 fond və 9 oxu zalı, şöbələrin hər birində yerləşdirilmiş kompüyter və surətçıxarma aparatları və 1 ədəd idarəedici serverlə təmin olunmuş 18 yerlik elektron resurslar zalı və konfrans zalı var.

  Rektor bildirib ki, artıq bu gündən müasir dövrün təhsil tələbləri ilə ayaqlaşmaq üçün atılan növbəti addım – elektron kitabxananın fəaliyyətə başlaması elmi fəaliyyətlə məşğul olan hərkəsin işini daha da asanlaşdıracaq. Bu kitabxananın əsas məqsədi mərkəzləşdirilmiş kitabxana və informasiya bazasının və təsnifatının formalaşdırılması, oxucunun geniş elektron kitab bazasına giriş imkanı, oxucu və kitabxana arasında daha rahat, vaxt itkisi olmadan, operativ olaraq münasibətlərin qurulmasıdır. Sistemin online işləməsi buraya dünyanın istənilən nöqtəsindən daxil olmaq imkanı yaradır - deyən rektor, kitabxananın yaradılmasında əməyi keçən əməkdaşlara təşəkkür edib.

   Sonra universitetin İKT şöbəsinin əməkdaşı, elektron texnika üzrə mütəxəssis Şəfiqə İmanova elektron kitabxana haqqında geniş məlumat verib. Sistemin iş prinsipi, üstünlüklərindən danışıb.

  Ardından “Naxçıvan” Universiteti Elmi Kitabxanasının müdiri Zamin Babazadə çıxış edərək deyib ki, elmi kitabxananın fondunda müxtəlif illərin nəşr kolleksiyaları, görkəmli şəxsiyyətlərin avtoqrafları ilə yeganə nüsxələri qalmış çap əsərləri, hər hansı keçid mərhələsini xarakterizə edən kitablar, ictimai inkişafı real əks etdirən tarixi əhəmiyyətli hadisələrin şahidi olmuş və onların dərk edilməsində xüsusi əhəmiyyət kəsb edən çap məhsulları, regional əhəmiyyətli yerli nəşrlər külliyatı, etnik, ölkəşünaslıq, fərdi və xüsusi kolleksiyalar əks olunub. Fond Azərbaycanın, Qafqazın və Rusiyanın tarixini, mədəniyyətini öyrənən oxucular üçün maraqlı mənbələrlə zəngindir. Burada 4466 adda, 13841 sayda kitab, çoxlu sayda lüğət, qəzet, jurnal mövcuddur. Kitabxananın xidmət göstərdiyi əsas kontingentin elmi işçilər, professorlar, aspirantlar, müəllim və tələbələr olduğunu deyən məruzəçi yeni yaradılan elektron kitabxana ilə bu auditoriyanın daha da genişlənəcəyinə əminliyini bildirib.

  Sonda elektron kitabxananın yaradılmasında əməyi olan əməkdaşlara təşəkkürnamə verilib.